Qoroskop

Heç vaxt bəxti gətirməyən yeganə bürc

9 Fevral 2025 21:56
Baxış: 1 858
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Astroloqlar həyatda ən çox uğursuzluq yaşayan yeganə bürcü müəyyən ediblər.

Milli.Az xəbər verir ki, onların fikrincə, Qız bürcü perfektionizmə, özünütənqidə və həddindən artıq analiz etməyə meyilli olduğu üçün ən bəxtsiz bürc hesab olunur.

Mütəxəssislər bildirirlər ki, Qızlar uğura gedən yolda tez-tez maneələrlə qarşılaşırlar. Onlar ideala can atmalarına baxmayaraq, özlərindən şübhələnirlər. Risk etməkdən və intuiziyalarına güvənməkdən çəkinirlər ki, bu da çox vaxt əlverişli fürsətləri dəyərləndirməyə mane olur.

Bundan əlavə, Qızlar üzərlərinə bacardıqlarından daha çox məsuliyyət götürməyə meyillidirlər, bu isə stres və yorğunluğa səbəb olur.

Bununla belə, astroloqlar vurğulayırlar ki, Qızların uğursuzluğu əsasən onların həyata yanaşması ilə bağlıdır. Əgər bu bürcün nümayəndələri hadisələri axarına buraxmağı və dəyişikliklərdən qorxmamağı öyrənsələr, uğur daha tez-tez onlara gülümsəyəcək. (baku.ws)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.