Texnologiya

Kompüterdə “WhatsApp”dan istifadə edənlərin nəzərinə...

10 Noyabr 2021 01:33
0 Şərh     Baxış: 3 878
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dünyanın ən populyar messencerlərindən olan "WhatsApp" kompüter istifadəçiləri üçün yeniliyə imza atıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bundan sonra tətbiqdən böyük ekranlarda istifadə üçün mobil versiya ilə sinxronlaşdırılma tələb olunmur. Başqa sözlə desək, kömpüter və ya noutbuklarda "WhatsApp"dan istifadə etdikdə smartfonun da messencerə qoşulu olması vacib deyil.

Hazırda bu yenilik yalnız tətbiqin beta-versiyasında aktivdir. Lakin beta-versiya hələ ki, birtərəfli çalışır. Onunla "WhatsApp"ın köhnə versiyalarından istifadə edənlərə mesaj göndərmək mümkün deyil.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.