Texnologiya

Dünyanın nəhəng saytları çöküb

8 İyun 2021 16:18
Baxış: 1 163

Dünyanın bir sıra nəhəng saytlarının işində qüsurlar yaranıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, "Amazon", "PayPal", CNN, "Reddit" kimi saytlar tam və ya qismən çöküb.

Qeyd olunur ki, qüsurların səbəbi "Fastly" şəbəkə provayderinin çökməsi ilə əlaqədar olub.

Nəticədə "The Guardian", "New York Times" qəzetlərinin saytları da qüsurlarla işləyib.

Bundan başqa, Böyük Britaniya hökumətinin rəsmi saytının işində nasazlıqlar yaranıb.

Son məlumatlara əsasən, "Fastly" qüsurun aradan qaldırıldığını bildirib.

Milli.Az

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.