Texnologiya

“WhatsApp” işlədənlərin nəzərinə: Hesabınızı itirə bilərsiniz

13 Aprel 2021 17:48
Baxış: 1 363
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"WhatsApp" messencerində hesabı bloklamağa imkan verən yeni boşluq aşkar edilib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə "Forbes" xəbər verib.

Bildirilir ki, fırıldaqçılar telefon nömrəsinə bağlanmadan, sadəcə dəstək xidmətinə müraciət etməklə tətbiqin iki "zəif nöqtəsi"ndən istifadə edərək istifadəçini hesaba giriş imkanından məhrum edirlər.

Tətbiqə telefon nömrəsi əlavə edildikdə xidmət təsdiq kodu tələb edir. Bu adətən SMS ismarıc və ya zəngin köməyi ilə həyata keçirilir.

Dələduzlar bu zaman səhv kod bir neçə dəfə daxil edir və "WhatsApp" kodun sıfırlanması imkanı 12 saat müddətinə bağlanana qədər yenisini istəyirlər.

Sonra fırıldaqçılar qurbanın telefon nömrəsini göstərməklə messencer dəstək xidmətinə sorğu yollayırlar və telefonun itdiyini bildirərək hesabı bloklamaq istədiklərini deyirlər.

Mütəxəssislərin fikrincə, problem ondadır ki, "WhatsApp" bu cür istəkləri avtomatik olaraq cavablayır və sorğunun hesabın həqiqi sahibi tərəfindən göndərilib-göndərilmədiyini yoxlamır.

Fırıldaqçı üç dəfə bunu təkrarlasa, hesab həmişəlik bloklana bilər.

Bu vəziyyətdə "WhatsApp" mütəxəssisləri ilə əlaqə saxlanılmalıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.