Texnologiya

Bu ölkə fiziki məsafə qaydalarına əməl etməyin yeni üsulunu tapdı

1 Sentyabr 2020 19:01
Baxış: 890
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Niderlandda fiziki məsafə qaydalarına əməl etməyin yeni texnoloji üsulu hazırlanıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, Rotterdam vağzalında təhlükəsizlik zonaları qeyd olunan meydança yerləşdiriləcək.

Hündürlüyü 0,5 metr olan qurğu membranla örtülüb və bu membranın lifləri təsir nəticəsində formasını dəyişir.

Belə ki, insan bu meydançanın üzərinə çıxarkən onun ətrafında 1,5 metrlik təhlükəsizlik zonası formalaşır və bu zona narıncı rəng alır. İnsanlar bir-birinə daha yaxın durduqca rəng daha da qatılaşır.

Həmin qurğu yaxın zamanlarda vağzal ərazisində yerləşdiriləcək.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.