Texnologiya

Sahibinin dediklərini 9 dilə tərcümə edən maska

16 Avqust 2020 18:12
Baxış: 1 286
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yaponiyanın "Donut Robotiks" şirkəti sahibinin nitqini digər dillərə tərcümə edən ağıllı tərcüməçi-maska hazırlayıb.

Milli.Az "Qafqazinfo"ya istinadla xəbər verir ki, "C-Face" adlanan bu maska həm sahibi virusdan qoruyur, həm də onun dediklərini 9 dilə - Koreya, Vyetnam, Çin, tay, fransız, ingilis, ispan, İndoneziya və yapon dillərinə tərcümə edir. 

"Bluetooth" vasitəsilə smartfona qoşulan maska plastikdən hazırlanıb. Qiyməti təqribən 40 dollar təşkil edir.

Qeyd edək ki, "Donut Robotiks" şirkəti bir neçə ildir ki, "Haneda" beynəlxalq aeroportunun sifarişi ilə tərcüməçi robotlar üzərində işləyir. Maskanın hazırlanması zamanı məhz bu texnologiyadan istifadə olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.