Xs təqdim olundu - ilk iki nömrəli iPhone modeli - YENİLƏNİB - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
23:10
Kaliforniyada Steve Jobs Theatre-da yeni "Apple" məhsullarının təqdimatı keçirildi.
Milli.Az bildirir ki, daha sonra iPhone modelləri barədə danışan aparıcı bildirib ki, dünyanın 1 nömrəli smartfonuna çevrilən X modelinin alıcılarının 98 faizi telefondan razı qalıb.
iPhone-nun 3 yeni modeli təqdim olunub. iPhone Xs, iPhone X Max və iPhone X r. Bu modellər bir-birlərindən ölçülərinə, ekran keyfiyyətlərinə, qiymətlərinə görə fərqlənirlər. iPhone Xs və iPhone X Max telefonlarında OLED ekranından istifadə olunsa da, iPhone X r-in ekranı LCD-dir. Şirkətdən bildirilib ki, iPhone Xr telefonunda ilk dəfə olaraq LCD ekran edge-to-edge (başdan-başa) şəklində qurulub.
iPhone Xr modelinin qiyməti digərlərinə nisbətən ucuz olacaq. Onun müxtəlif-sarı, göy, qırmızı, narıncı və başqa rəngləri istehsal olunub. Model A12 bionic sistemi ilə təchiz olunub. Tək 12 meqapiksellik arxa, 7 meqapiksellik ön kameraya malikdir. Portret rejimindən istifadə etmək mümkündür.
Xs modelini təqdim etmək üçün səhnəyə Phil Schiller çıxıb. O, telefonun paslanmaz dəmirdən hazırlandığını söyləyib. 3 rəngdə ( Gold, silver, space gray) satışa çıxarılacaq smartfon suya dayanıqlı olacaq. Hətta bildirilib ki, telefon hovuzun dibində belə işləyir. 5.8-inch OLED ekrana sahibdir.
Xs Max modeli 6.5 inç Oled ekranə malikdir. Ölçüsü təxminən iPhone 8 boydadır. 512 gb-lıq yaddaşı olan versiyası da istehsal olunub. İki kameralıdır. Arxa kameraların hər ikisi 12 meqapikseldir.
Daha sonra iPhone X modeli ilə çəkilən foto monitorda göstərilib və bildirilib ki, bu fotodan Time jurnalının üz qabığında istifadə olunub.
Enerji saxlama müddətinə gəldikdə isə Xs X-dən yarım saat, X Max isə 1 saat çox enerji saxlayacaq. Bu isə iPhone modelləri üçün çox da böyük yenilik sayılmaz.
Ən böyük yenilik sim kartlarla bağlıdır. Belə ki, artıq iPhone modelləri də iki nömrəli olacaq. Lakin, telefona bir sim kart daxil olunacaq. Digəri isə elektron nömrədir və zəngin hansı nömrəyə gəlməsi ilə bağlı ekranda bildiriş görünəcək.
---------
22:02
Hazırda Kaliforniyada Steve Jobs Theatre-da yeni "Apple" məhsullarının təqdimatı keçirilir.
Milli.Az The Verge-ə istinadla xəbər verir ki, təqdimatın açılışını "Apple"nin baş direktoru Tim Kuk edib.
Əvvəlcə "Apple" mağazaları barədə danışan Tim Kuk bildirib ki, bu vaxta qədər 2 milyarddan çox məhsul ixrac ediblər.
Daha sonra iWatch-ın 4-cü seriyası təqdim olunub. iWatch barədə qısa videoçarx yayımlanıb və qeyd olunub ki, ekranı əvvəlkinə nisbətədə daha böyükdür.
.jpg)
AppleWatch barədə danışmaq üçün səhnəyə Cef Villiams dəvət olunub. O, ekranın kənarlarının daha dairəvi olduğunu və ekranın 30 faiz daha geniş olduğunu dilə gətirib. Saatın arxası qara keramikadan və kristaldan hazırlanıb. Yeni modeldə yuxu rejimini ölçmə cihazı və ürəkdöyüntülərini hesablama qurğusu daha da təkmilləşdirilib. 64-bit dual core prosessora malikdir. Bu da sürətin iki dəfə artıq olacağını deməyə əsas verir.
.jpg)
Hətta, iWatch o qədər "ağıllı"dır ki, siz yıxıldığınız zaman hiss edəcək və bir dəqiqədən artıq hərəkətsiz qalsanız təcili tibbi yardım xidmətinə zəng edəcək. Ürək döyüntüləriniz zəiflədikdə bu barədə ekrana bildiriş gələcək. Saatda elektrokardioqramma ölçən də quraşdırılıb.
Bəxtiyar Umarlı
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Smartfon Wi-Fi-ya qoşulduqda belə gigabayt "yeyir": dayandırmağın yolu
-
İlon Maskdan görmə qabiliyyətini tamamilə itirənlər üçün yeni cihaz
-
Apple dünyanın ən bahalı şirkəti oldu
-
Ən bahalı "iPhone"un əsas qüsurları açıqlandı
-
İnternetlə qoxuları da hiss edə biləcəyik
-
Azərbaycanda “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edildi
XƏBƏR LENTİ
-
“Sevgilim 3 il məni aldatdı” - Pərvin Abıyeva
-
Meksikada Zəfər Günü təntənəli şəkildə qeyd olunub - (Foto/Video)
-
Türkiyə Super Liqası: “Qalatasaray” “Amed”i məğlub edib
-
Məleykə Əsədov bacısı qızının ölümündən danışdı - ”Övladları bilmir”
-
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
-
12 yaşlı uşaq qızıl külçəsi tapdı
-
Meqan Marklın atası həbs edildi - (Foto)
-
Sabunçu su altında qaldı - (Video)
-
Niyaməddin Musayevdən maraqlı etiraf
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - (Video)
-
Gəncə terrorunda valideynlərini itirən Sevil oğluna ad günü etdi - (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Şuşa, Xankəndi və Ağdama səfərindən görüntülər paylaşılıb - (Video)
-
“Qızımın əcnəbi ilə ailə quracağını eşidəndə şoka düşdüm“ - Bəsti Sevdiyeva
-
“OBA”dan şəhid qızı Nülufərin dilindən təsirli Zəfər hekayəsi - (Foto)
-
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
-
"Xruşşovka"ların sökülməsinə hazırlıq gedir?
-
Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat etdi
-
Azərbaycan mədəniyyət ictimaiyyəti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanlayıb
-
Yaponiyada güclü zəlzələ oldu
-
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - (Foto)
-
Bakıda güclü külək əsəcək - Xəbərdarlıq verildi
-
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - Dosye
-
Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub - (Foto)
-
Almaniya Ukraynaya “Patriot” sistemləri tədarük edə bilməyəcək





