“Microsoft” ilk masaüstü kompüterini təqdim edib
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Microsoft" korporasiyası Nyu-Yorkda keçirilmiş təqdimatda "Surface Studio" adlı ilk şəxsi istehsalı olan masaüstü kompüterini, "Surface Book i7" adlı yeni noutbuk-transformerini və simsiz virtual reallıq şlemlərini nümayiş etdirib, həmçinin "Windows 10" əməliyyat sisteminin növbəti böyük yeniləməsi haqda detalları bölüşüb.
Milli.Az ICTnews-a istinadən bildirir ki, "Surface Studio" - bu, proqram nəhənginin qrafika sahəsində ekspertlər, dizaynerlər, illüstratorlar və yaradıcılıq peşələrinin başqa nümayəndələri üçün nəzərdə tutulmuş ilk fərdi kompüteridir (FK).
Monoblok 28 düymlük sensor ekrana (13.5 milyon piksel, tərəflərin nisbəti - 3:2) malikdir, çox nazik korpus və aparatı həm üfüqi, həm də şaquli vəziyyətdə qalmağa imkan verən daxili şarnirlə təchiz edilib.
"iMac" kompüterinin rəqibi olan "5K" təsvir ölçülü ekranla təchiz edilmiş qurğu "Surface Pen" stilusu və yeni "Surface Dial" aksessuarının köməyi ilə daxiletməni dəstəkləyir.
"Microsoft"un rəsmisi bildirib ki, "Surface Studio" monoblokunun sensor ekranı təsadüfi toxunuşları (məsələn, dirsəklə) qeydə almır və stilusla toxunuşlara ani reaksiya verir.
Monoblok kompüter "Intel Core i5" və ya "i7" prosessoru, "Nvidia GTX 980" qrafik kartı, 32 QB-dək əməli yaddaş və 2 TB-dək tutuma malik daşıyıcı, "Mini DisplayPort", 4 ədəd "USB 3.0", "Ethernet" konnektor və "SD" kartlar üçün slotla təchiz edilib.
"Surface Studio" monoblokunun qiyməti 2999 ABŞ dollarından başlayır. Artıq ilkin sifariş əlçatandır. Yeni qurğunun çatdırılması dekabrın əvvəllərinə gözlənilir.
"Surface Book"un dizaynı sələfindən heç nə ilə fərqlənmir. Yeni modeldə təkmilləşdirmələr əsasən elektron içliklə bağlıdır: avtonom iş vaxtı 16 saatdır, qrafik məhsuldarlıq iki dəfə artırılıb.
2016-cı ilin noutbuk-transformeri "Intel i7" prosessoru, "Nvidia GeForce GTX 965M" (1.9 teraflops) video sürətləndiricisi və tamamilə yeni soyutma sistemi ilə təchiz edilib.
256 QB, 512 QB və 1 TB yaddaş konfiqurasiyasına malik yeni qurğunun qiyməti müvafiq olaraq 2399, 2799 və 3299 dollar təşkil edəcək. Leptopu "Microsoft.com" saytından sifariş etmək mümkündür.
"Microsoft", həmçinin "Windows 10" sistemi ilə işləyən və holoqramların göstərilməsi funksiyasına malik virtual reallıq şlemlərini təqdim edib. Bu şlemləri "HP", "Dell", "Lenovo", "Asus" və "Acer" şirkətləri istehsal edəcək. Amma bu şirkətlərdən heç biri virtual reallıq bazarında aparıcı iştirakçı deyil.
Qurğu haqda məlumat yox dərəcəsindədir. Şirkətin rəsmiləri bildiriblər ki, "HTC Vive" və "Oculus Rift"dən fərqli olaraq kənar kamera və ya lazer sistemlərinə ehtiyac olmayacaq, çünki hərəkəti izləyən trekerlər korpusda gizlədilib. Virtual reallıq şlemləri 299 dollara satılacaq.
Bundan başqa, şirkət "Windows 10" əməliyyat sisteminin növbəti böyük yeniləməsi - "Windows 10 Creators Update"ni təqdim edib. 2017-ci ilin yazında onu pulsuz yükləmək mümkün olacaq.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Robotların sayı 5 milyonu keçdi
-
ChatGPT-də geyimləri virtual sınaqdan keçirmək mümkün olacaq - (Foto)
-
Bill Qeyts: Bu olsa, ev heyvanları kimi olacağıq
-
"Instagram"da hekayənizi kimin izlədiyini artıq dərhal öyrənə bilərsiniz
-
100% görmə əngəlli olsanız belə, bu implantla görəcəksiniz - İlon Maks açıqladı
-
İnterneti Wi-Fi olmadan paylaşmağın yolu
XƏBƏR LENTİ
-
Şəhid anasını təhqir edən bloggerlə bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib - (Video)
-
Həbs olunan Ferhat Gündoğdunun qalmaqallı səs yazısı yayıldı
-
Nəsimi rayonunun bəzi ərazilərində işıq olmayacaq
-
Sabah yollarda görünüş məsafəsi məhdudlaşacaq
-
Ağdamda 15 yaşlı qızın erkən evliliyə cəlb olunmasının qarşısı alınıb
-
Zəfərin üç mərhələsi: Azərbaycanın yaratdığı yeni geosiyasi presedent
-
Gəncədə bacı-qardaş yanıq xəsarətləri alıb
-
Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalının Gəncə mərhələsi keçirilib - (Foto)
-
Bakının bəzi ərazilərində qaz olmayacaq
-
"Qarabağ" "Zirə"yə qalib gəldi
-
Bakıda market və avtomobildən oğurluqda şübhəli bilinən şəxslər saxlanılıblar
-
"Flydubai"nin ikinci pilotu etiraf etdi: Təyyarəni İsraildə yerə çırpmaq istəyirmiş
-
Zaur Həbibov Ukrayna-Rusiya müharibəsində həlak oldu - (Foto)
-
Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanıldı
-
Rafinya Mbappeni geridə qoydu
-
Robotların sayı 5 milyonu keçdi
-
Hülya Avşarın makiyajsız halı diqqət çəkdi - (Foto)
-
Tramp: İranın işləri yaxşı getmir
-
Afaq Bəşirqızı: "Məni "Söylü"yə oxşatmayın"
-
Moskvanın mərkəzində azərbaycanlı qardaşlara hücum: Bıçaqlanan var
-
Bakı Bulvarında Zeytun Festivalı keçiriləcək (Video)
-
UEFA Millətlər Liqası: Günün ən maraqlı matçları
-
Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir
-
Bakıda ən ucuz evlər bu ərazidədir





