Texnologiya
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakı Ali Neft Məktəbində "Microsoft"un İKT üzrə Akademiyası yaradılıb
12 Yanvar 2015 09:53
Baxış: 3 059
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakı Ali Neft Məktəbində Microsoft şirkətinin İKT üzrə Akademiyası (Microsoft IT Academy) yaradılıb. Proqramın koordinatoru kompüter və informasiya-kommunikasiya texnologiyaları (İKT) kafedrasının dosenti Manafəddin Namazovdur.
İKT üzrə Akademiya Microsoft şirkəti tərəfindən informasiya texnologiyaları sahəsində yüksək ixtisaslı kadrların hazırlanması üçün yaradılıb. Akademiyada gələcəkdə bütün təhsil müəssisələrinin həm tələbə, həm də müəllimləri iştirak edə biləcəklər.
BANM-in ictimaiyyətlə əlaqələr şöbəsindən Milli.Az-a verilən məlumata görə, Akademiya proqramının məqsədi informasiya texnologiyaları sahəsində müasir və yüksək ixtisaslı kadrların hazırlanmasıdır. Bakı Ali Neft Məktəbi peşəkar biliklərin və bacarıqların mənimsənilməsi üçün tələbələri Microsoft şirkətinin yüksək keyfiyyətli təlim texnologiyaları ilə təmin edəcək. Proqramın imkanları genişdir, belə ki, adi istifadəçilər üçün tətbiqi proqramlar və peşəkar kompüter mütəxəssislərinin istifadə etdiyi xüsusi proqramların təlimi nəzərdə tutulur. Microsoft şirkətinin sertifikatlaşdırma imtahanlarını uğurla verən tələbələr IT sahəsində öz karyerasını qura bilərlər.
İştirakçılar Essential (Baza kursu) və ya Advanced (Peşəkarlar üçün kurs) səviyyələrini seçə və ya hər iki istiqamətdə hazırlaşa bilərlər. Essential səviyyəsində masaüstü kompüterlər və noutbuklar üçün istifadə olunan Microsoft Office proqramlar paketi nəzərdə tutulur. Essential səviyyəsinin təlimindən sonra Microsoft Akademiyasının məzunları öz bacarıqlarını təsdiqləmək üçün Microsoft Office Specialist (MOS) beynəlxalq sertifikatını əldə edəcəklər.
Advanced səviyyəsi IT mütəxəssislərin hazırlığı üçün nəzərdə tutulmuş və masaüstü kompüterlər və noutbukların texniki dəstəyi, kompüter sistemlərinin, şəbəkələrinin və verilənlər bazalarının inzibatçılığı, müxtəlif mühitlərdə mürəkkəb proqram paketlərinin və verilənlər bazalarının hazırlanması istiqamətlərini əhatə edir. Əldə edilmiş biliklər əsasında tələbələr Microsoft Certified Professional (MCP) (Microsoft-un Peşəkarlıq Sertifikatı) beynəlxalq sertifikatını əldə edərək peşəkar səviyyədə karyera qura biləcəklər. Bu proqramda gələcəkdə başqa ali təhsil müəssisələrinin tələbələrinin də iştirakı nəzərdə tutulur.
Proqramda iştirak bir neçə istiqamətdə faydalıdır:
Ali təhsil müəssisələrin məzunlarına rəqabət üstünlüyü, işəgötürənlərin investisiyalarının cəlb edilməsi, müəllimin vaxtına qənaət edilməsi və İKT sahəsində təhsil xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılması, proqram təminatına xərclərin azaldılması, daimi hüquqi lisenziya, İKT fənlərinin tədrisində səlahiyyətli yanaşmanın həyata keçirilməsi, tələbələrə əmək bazarındakı peşə tələblərinə uyğun təlimlərin təmin edilməsi və sair məsələlər nəzərdə tutulur.
Müəllimlərə əməliyyatların avtomatlaşdırılması sayəsində vaxta qənaət, kompleks təhsil sistemi və tələbələrlə birgə iş üçün interaktiv vasitələr, tədrisin səmərəliliyini artıran optimal öyrənmə mühitinin yaradılması, informasiya texnologiyaları sahəsində Microsoft-un son məlumatlarına daimi müraciət ixtisaslaşmanı (kvalifikasıyanı) yüksək səviyyədə saxlamağı təmin etmə imkanları verəcək.
Tələbələrə təlim yolu ilə əldə edilən bilik və bacarıqlar beynəlxalq sertifikat imtahanları verməyə imkan verəcək ki, bu da müasir cəmiyyətdə əmək fəaliyyətinə başlamaq üçün yaxşı bir başlanğıc olacaq, əldə edilən biliklər məzunlara özlərini sürətlə inkişaf edən informasiya texnologiyaları ilə zəngin müasir dünyada inamlı hiss etməyə imkan verəcək. Burada həmçinin, tədrisin səmərəliliyini artıran optimal öyrənmə mühitinin yaradılması, əmək bazarındakı peşə tələblərinə uyğun təlim və iştirakçılar üçün güzəştlər təklif olunur.
Milli.Az

DİGƏR XƏBƏRLƏR
-
HONOR Çində bazara liderlik edir: Magic9 seriyası uğurun əsas hərəkətverici qüvvəsidir
-
Pavel Durov: “Hazırda 140 övladım var, 400-ə çatdıracağam"
-
İnstaqram və Tiktok istifadə edənlər izlənilir - Bu funksiyanı dərhal söndürün
-
Apple-ın yeni telefonunda ciddi səhv – Qiymətlər sürətlə düşür
-
Bakıdan Qazaxa 55 dəqiqəyə çatır - Dünyada ilk belə avtomobil
-
Smartfon Wi-Fi-ya qoşulduqda belə gigabayt "yeyir": dayandırmağın yolu
XƏBƏR LENTİ
-
Almaniya XİN başçısı Prezident İlham Əliyevə təşəkkür edib
-
Bella və Cici Hadidin atası özündən 35 yaş kiçik rus modellə evlənir - (Foto)
-
Kürdəmirdə 6 otaqlı ev əşyaları ilə birlikdə kül oldu - (Foto)
-
Samuxda minik maşını aşıb, ölən və xəsarət alan var - Yenilənib
-
Bakıda 23 yaşlı qadın qətlə yetirildi - ögey qardaşı saxlanıldı
-
Birinci kurs tələbəsi vəfat etdi
-
Rusiyanın Kemerovo vilayətində "An-12" qəzaya uğrayıb, 17 nəfər həlak olub
-
İran PUA texnologiyalarını Ermənistana ötürüb? – Eyni dron İrəvanda istehsal olunur
-
Azərbaycanda iki sosial müavinət artırılır - Yeni məbləğ
-
Prezident İlham Əliyevin sosial media hesablarında Gürcüstanın Baş nazirinin müavininin qəbulu ilə bağlı videoçarx paylaşılıb - (Video)
-
Bakının məşhur şadlıq sarayları təftiş edildi: Qonaqlara mal əti əvəzinə nə yedirilib? - (Foto)
-
Prezident İlham Əliyevin sosial media hesablarında Almaniyanın xarici işlər nazirini qəbulu ilə bağlı videoçarx paylaşılıb - (Video)
-
Bakcell gənclər üçün növbəti süni intellekt hakatonunu keçirib - (Foto)
-
Prezident İlham Əliyev Gürcüstanın Baş nazirinin müavinini qəbul edib - (Foto/Video)
-
U-17 millimiz Litva ilə heç-heçə etdi
-
Prezident İlham Əliyev Almaniyanın xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib - (Foto/Video)
-
Aparıcı Çinarə körpə qızı ilə nənəsinin yubileyində - (Video)
-
İran Xameneinin ölümünə görə 159 nəfərə ittiham irəli sürüb
-
Aktrisa Leyla Musayeva vəfat etdi
-
“Ihlamurlar Altında”nın əfsanəvi cütlüyü 21 il sonra bir arada - (Video)
-
Bu tələbələrə hərbi xidmətdən möhlət verilməyəcək
-
Aşıq Zülfiyyə ilə Telli Borçalı arasında "buzlar əridi" – Barışdılar
-
Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək
-
Azərbaycanda məzuniyyətə çıxmaq məcburi olacaq