Bakı-2015 Avropa Oyunları zamanı rabitə infrastrukturunda görüləcək işlərin detalları açıqlandı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Bakı-2015 Birinci Avropa Oyunlarının keçirildiyi dövrdə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi telekommunikasiya infrastrukturunun davamlı işini təmin edəcək". Trend-in məlumatına görə, bunu rabitə və yüksək texnologiyalar nazirinin müavini İltimas Məmmədov 2014-cü ilin birinci rübünün yekunları üzrə nazirliyin kollegiya iclasında deyib.
Onun sözlərinə görə, nazirliyin planlarına əsasən, qarşıdakı işlər çərçivəsində yeni optik rabitə xəttinin çəkilişi və mis telekommunikasiya infrastrukturunun yaradılması planlaşdırılır.
Optik xəttin ümumi uzunluğu 230 kilometr, mis telekommunikasiya infrastrukturunun uzunluğu isə 70 km-ə yaxın təşkil edəcək. Xətlər bilavasitə yarışların keçirləcəyi yer, eləcə də digər təşkilati yerlər istiqamətində çəkiləcək. Onların arasında məlumatların verilməsi sürəti 1-dən 10 qiqabit/saniyəyədək olacaq. Tikinti üzrə bütün işlər 2015-ci ilin fevralınadək başa çatmalıdır.
Nazir müavininin sözlərinə görə, işlər çərçivəsində ISDN xidmətləri tətbiq ediləcək, internetə giriş infrastrukturu genişləndiriləcək, ictimai yerlərdə (parklarda, stadionlarda, ticarət-əyləncə mərkəzlərində) ödənişsiz Wi-Fi şəbəkəsi açılacaq. Eləcə də teleradio verilişlərinin (eləcə də HD formatında yayımın təşkili) keyfiyyətli və davamlı infrastrukturun təşkili üzrə işlərin görülməsi planlaşdırılır. Keyfiyyətli videoaxının təşkili məqsədilə birbaşa beynəlxalq rabitə kanalı və ayrıca optik-lif şəbəkə işə salınacaq. Bundan əlavə, "Azerspace-1" telekommunikasiya peykinin resurslarından da istifadə olunacaq.
Məmmədov qeyd edib ki, Azərbaycanın mobil operatorlarına tapşırılıb ki, mobil rabitənin etibarlı və möhkəm işini (2G, 3G, 4G, eləcə də rouminq qismində) təmin etsinlər.
Bakıda Olimpiya stadionu ərazisində mobil rabitə infrastrukturunun yaradılması üzrə bütün işlər "Azercell Telecom" şirkətinə həvalə edilib. O, həmçinin digər operatorların, eləcə də "Bakcell" və "Azerfon"un öz avadanlıqlarına qoşulması imkanını təmin etməlidir. Hazırda "Azercell"in avadanlıqları artıq paytaxtın Gimnastika Arenasının ərazisində quraşdırılıb.
Qonaqların telefonlarının mobil şəbəkəyə qoşulması üçün "Azerfon" mobil operatorunun nömrələrindən istiafdə olunacaq. Şirkətin üzərinə, həmçinin keyfiyyətli mobil rabitənin təşkili öhdəçiliyi qoyulub.
Bakı-2015 Avropa Oyunlarının keçirildiyi dövrdə Məlumat Xidmətləri Mərkəzi işə salınacaq və o, bütün sutka ərzində müxtəlif dillərdə xidmət göstərəcək. "Bulud texnologiyaları"ndan geniş istifadə olunacaq. Habelə Bakı-2015 Birinci Avropa Oyunlarına həsr edilmiş poçt markalarının buraxılışı da nəzərdə tutulub.
İ.Məmmədovun sözlərinə görə, radiotezlik spektrinin mühafizəsi mühüm məsələlərdən biridir. Azərbaycanda Avropa oyunları keçirilənədək təxminən səkkiz min (30 meqaherstdən 3 giqaherstədək işləyən) radiotezlik kanalın ayrılacağı gözlənilir: "Tezliklərin xarici təsirlərdən qorunması belə irimiqyaslı tədbirlərin keçirilməsində nisbətən daha risk tələb edən elementdir. Məsələn, London Olimpiadası zamanı tezliklərin qorunması üçün xüsusi texnologiyalardan istifadə edilmişdi, eləcə də Avropanın bir çox ölkələrindən mütəxəssislər və yardım qrupları cəlb edilmişdi".
Nazir müavininin sözlərinə görə, Bakı-2015 Birinci Avropa Oyunlarının təhlükəsizliyinin təmin edilməsi üçün radioefirdə monitorinq aparmağa imkan verən xüsusi avadanlıq və qurğuların alınması nəzərdə tutulur. Problem yaradan və tezlik spektrinə təsir göstərən vacib elementlər naqilsiz qurğulardır. Ona görə də oyunların keçirildiyi dövrdə istifadə olunan avadanlıqlar diqqətlə yoxlanacaq: "Bundan əlavə, bu gün operatorlarda olan müəyyən tezliklər müvəqqəti olaraq götürüləcək. Bu onları narahat etməməlidir. Çünki bu təcrübə şəbəkələrin yüksək səviyyəli və etibarlı işini təmin etməkdən ötrü belə irimiqyaslı tədbirlərin keçirildiyi başqa ölkələrdə də tətbiq edilir".
Kiberhücumlardan müdafiə qarşıdakı Bakı-2015 Birinci Avropa Oyunlarının təhlükəsizliyinin mühüm aspektlərindən biridir. Nazirliyin planlarına görə, şəbəkə infrastrukturunun (eləcə də dövlər strukturlarının və başqa müəssisələrin saytlarının) möhkəmliyinin təmin edilməsi üçün dünyanın müxtəlif ölkələrindən mütəxəssislər və yardım qrupları cəlb olunacaqlar.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
ChatGPT-də geyimləri virtual sınaqdan keçirmək mümkün olacaq - (Foto)
-
Bill Qeyts: Bu olsa, ev heyvanları kimi olacağıq
-
"Instagram"da hekayənizi kimin izlədiyini artıq dərhal öyrənə bilərsiniz
-
100% görmə əngəlli olsanız belə, bu implantla görəcəksiniz - İlon Maks açıqladı
-
İnterneti Wi-Fi olmadan paylaşmağın yolu
-
ChatGPT-nin yeni funksiyası iş həyatını kökündən dəyişdirəcək
XƏBƏR LENTİ
-
Afaq Bəşirqızı: "Məni "Söylü"yə oxşatmayın"
-
Moskvanın mərkəzində azərbaycanlı qardaşlara hücum: Bıçaqlanan var
-
Bakı Bulvarında Zeytun Festivalı keçiriləcək (Video)
-
UEFA Millətlər Liqası: Günün ən maraqlı matçları
-
Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir
-
Bakıda ən ucuz evlər bu ərazidədir
-
Silvestr Stallone buna görə 14 dəfə əməliyyat olunub
-
Bakıda vətəndaşın evini söküb pul verməyən şirkət rəhbəri tutuldu
-
Bakıda avtobus aşdı: Yaralılar var - (Video)
-
ChatGPT-də geyimləri virtual sınaqdan keçirmək mümkün olacaq - (Foto)
-
Qəhvə sevənlər bunu mütləq oxusun
-
Quba-Xınalıq yolunda yenidən torpaq sürüşməsi oldu - (Foto)
-
DİN əməliyyat keçirdi, İran vətəndaşı və daha 7 nəfər tutuldu
-
Bacısının toyunda əsgər qardaşının sürprizi - (Video)
-
Metroda kişi öldü
-
Nəfəsin efektsiz fotosu müzakirə yaratdı - (Fotolar)
-
Toyda bəyin möhtəşəm rəqsi diqqət çəkdi – (Video)
-
Aytac Vidadiqızı arıqlayıb "iynəyə sap oldu" - (Video)
-
Ronaldunun milli komandanı tərk etməsinə həm də oğlu səbəb imiş
-
Tualet çənini akvariuma çevirdi – (Video)
-
Sürücülərin nəzərinə: Sürət həddi endirildi
-
Türkiyədə futbol hakimləri işi üzrə 5 nəfər tutuldu
-
Yağışlı havada bu qaydanı pozan sürücülər cərimələnir
-
Oktyabr 3 BÜRC üçün çətin keçəcək





