OneDrive istifadəyə verildi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Microsoft korporasiyası dünya üzrə yeni OneDrive pulsuz bulud servisini istifadəyə verib ki, bu servis istifadəçilərə vacib məlumatların saxlanılmasına imkan verir.
Microsoft-Azərbaycan şirkətindən ICTnews xəbər xidmətinə verilən məlumata əsasən, bundan öncə SkyDrive kimi tanınan OneDrive sistemi istifadəçilərə vacib foto, video və digər sənədlərin istənilən qurğularda saxlanması üçün vahid məkan təqdim edir.
Milli.Az ICTnews-a istinadən bildirir ki, bu servis Windows Phone, iOS, Android və Xbox üçün yeni əlavələr və videoların paylaşması kimi təkmilləşdirilmiş xidmətlər təklif edir. Microsoft korporasiyası sözügedən servisin işə salınmasından sonra öz akkauntlarından istifadə edən ilk 100 000 nəfərə məlumatların 1 il saxlanılması üçün həcmi 100 Qbayt təşkil edən əlavə məkan təqdim edir.
Onlayn tədqiqata əsasən, bulud servislərindən istifadə edənlərin 77%-i şəxsi məlumatları digər qurğularla sinxronlaşdırılmamış qurğularda saxlayır və istifadəçilərin 69%-i məlumatların itkisinə, bu məlumatların saxlanılan qurğunun itməsinə üstünlük verir.
OneDrive-la sözügedən seçimi etmək lazım deyil, belə ki, bu servis məlumatların saxlanılması üçün həcmi 7 Gbayt təşkil edən məkan təklif edir. Nəticədə istifadəçilər üçün öz məlumatları istənilən zaman əlçatan olur.
Kimsə öz telefonunu, planşetini və ya digər bir qurğunu götürərkən, sevdiyi şəkillərin və sənədlərin arxasınca düşmək istəmir, əksinə, istəyir ki, bütün bunlar əlinin altında olsun. Bu, bizim OneDrive-la birgə tutduğumuz istiqamətdir. Biz sözügedən xidməti Microsoft-un bütün sonuncu qurğularına quraşdırmışıq - Xbox-dan Windows Phonea və Windows 8.1-dən Office-dək - biz, həmçinin, bu xidməti şəbəkədə və iOS və Android mobil platforma istifadəçiləri üçün də əlçatan etmişik. Nəticədə siz öz şəkillərinizə, videolarınıza və digər sənədlərə istənilən vaxt çıxış imkanı əldə edirsiniz, - deyə Microsoft korporasiyasının ƏS xidmətləri üzrə vitse-prezidenti Kris Cons bildirib.
OneDrive-ın yeni imkanları sırasına Android platforması üçün şəkil və videoların avtomatik ehtiyat kopyalanması daxildir. Bu servis vasitəsilə videonu saxlamaq, baxmaq və paylaşmaq fotoşəkillərlə aparılan analoji hərəkətlər kimi asandır.
Bundan başqa, OneDrive xidmətindən biznes dairələri də yararlana bilər. Belə ki, şirkətlərdə çalışan işçilər eyni zamanda müxtəlif qurğularda sənədləri saxlaya və sinxron edib eyni vaxtda işləyə bilərlər.
Qeyd edək ki, OneDrive istifadəçiləri onlara pulsuz həvalə olunan 7 Gbaytdan əlavə 50, 100 və 200 Gbayt həcmində məkan əldə edə bilərlər. SkyDriveın hazırkı istifadəçiləri akkauntlarından OneDrive-a daxil olmaq üçün istifadə edə bilərlər.
Bundan başqa, hazırkı istifadəçilər dostlarını OneDrive-a dəvət etdikdə hər bir dəvət olunmuş dosta görə 5 Mbaytadək məkan əldə edəcək (ardıcıl olaraq 500 Mbayt). İstifadəçilər, həmçinin, kameralarda fotoşəkillərin avtomatik ehtiyat kopyalanması funksiyasından yararlanaraq əlavə 3 Gbayt məkan əldə edəcəklər. OneDrive haqqında daha ətraflı məlumatı http://www.onedrive.com saytından əldə etmək olar.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Robotların sayı 5 milyonu keçdi
-
ChatGPT-də geyimləri virtual sınaqdan keçirmək mümkün olacaq - (Foto)
-
Bill Qeyts: Bu olsa, ev heyvanları kimi olacağıq
-
"Instagram"da hekayənizi kimin izlədiyini artıq dərhal öyrənə bilərsiniz
-
100% görmə əngəlli olsanız belə, bu implantla görəcəksiniz - İlon Maks açıqladı
-
İnterneti Wi-Fi olmadan paylaşmağın yolu
XƏBƏR LENTİ
-
Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma
-
"Kadir" "Eşref"i tək qoymayacaq
-
Problemli kreditlərin həcmi artır - Səbəb nədir? - (Video)
-
İsmail Kartal: "Bakıda qələbə qazanmaq və ya məğlub olmaq önəmli deyildi"
-
“Fənərbaxça”dan Azərbaycanla bağlı paylaşım
-
Zelenski: Putin ABŞ-yə yeni şərtlər qəbul etdirməyə çalışır
-
Bəxtiyar Əsgərov işdən çıxarıldı, yoxlamalar başladı
-
Cəbrayılın işğaldan azad edilməsindən 6 il ötür
-
Günün qoroskopu: Özünüzü müdafiə etmək üçün cəsarətli olun
-
Bakıda kanatla sərnişindaşıma olacaq - (Video)
-
Paltaryuyan maşına 1 ovuc düyü qoyun və fərqi görün
-
Danla Bilic yenidən əməliyyat olundu - (Foto)
-
Tovuzda qadın evdə yanaraq ölüb, oğlu saxlanılıb - (Video)
-
Filosof İoanna Kuçuradi vəfat edib
-
Fatih Terimin ayaqqabısı dəfndə parçalandı - (Video)
-
Bruno Fernandeş Ronaldu barədə sükutu pozdu
-
Zelenski: Rusiyanın neft emalı zavodlarına zərbələri ikiqat artıracağıq
-
İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi
-
“Fənərbaxça” “Turan Tovuz”u məğlub etdi - Yenilənib - (Video)
-
Bakıda 32 yaşlı kişi diş həkiminə görə arvadını bıçaqladı
-
"Turan Tovuz" - "Fənərbaxça" oyununda dava düşdü, matç yarımçıq qaldı - (Video)
-
Bakıda aşan avtobusda xəsarət alanların vəziyyəti açıqlandı - Yenilənib - (Video)
-
Gəncədə yanıq xəsarətləri alan bacı-qardaşın vəziyyəti məlum olub - Yenilənib
-
"İnsan necə "qudurarmış" - Elza Seyidcahan





