Texnologiya
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
RTV, 5 yaşın mübarək!
15 Noyabr 2012 13:37
0 Şərh
Baxış: 1 193
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az xəbər verir ki, "Regional" Televiziya Şirkəti 2007-ci il noyabr ayının 15-də
fəaliyyətə başlayıb. Kanal Xaçmaz rayonundan yayımlanır. RTV Azərbaycanda daxili şəbəkəsi rəqəmsal texnologiya ilə təchiz olunan ilk televiziya kanalıdır. Televiziya Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən, Xızı rayonlarına yayımlanır. Quba rayonunun Dağlı kəndi və
Siyəzən rayonunda Gilgilçay qəsəbəsi ərazisində yerləşdirilən ən son model teleötürücülər regionda ən keyfiyyətli yayım həyata keçirməyə imkan verir. RTV-nin struktur quruluşu 5 departament və 1 xidmətdən ibarətdir. Xəbərlər, Sosial-İctimai Proqramlar departamenti, Proqram departamenti, Texniki departament, Yaradıcılıq departamenti, Maliyyə və Kadrlar departamenti və Təsərrüfat, Mühafizə, Nəqliyyat Xidməti departamenti. Televiziyada 88 nəfər çalışır.
Kollektiv uzun illərin televiziya təcrübəsinə malik peşəkar kadrlarla yanaşı, həm də istedadlı və perspektivli gənclərdən təşkil olunub. RTV-də həftəlik yayım həcmi 126 saatdır. Yayımın 70%-i televiziyanın öz istehsalı olan proqramlar, 30%-i isə ödəniş əsasında müəlliflik
hüququ ilə əldə olunan film, konsert və müxtəlif proqramlardır. Bu gün Regional Televiziyanın efirində öz istehsalı olan müxtəlif səpkili 22 proqram yayımlanır. Kanal hər səhər saat 07:30 da efirə "Gün başladı" verilişi ilə start verir. 3 saatlıq bu veriliş regional
televiziyaçılıq tarixində ilk peşəkar səhər proqramıdır. Telekanalın xəbərlər xidməti fəaliyyətə başladığı gündən operativliyi və baş verənlərə obyektiv münasibəti ilə rəğbət qazanıb.
RTV respublikada dublyaj studiyası olan ilk regional televiziya kanalıdır. Burada artıq 900-ə yaxın bədii və sənədli film Azərbaycan dilində səsləndirilib. RTV fəaliyyətə başladığı ilk gündən Azərbaycandakı region televiziyaları üçün əlçatmaz hesab olunan bir çox uğurlara imza atıb. Televiziyaçılığa peşəkar yanaşma şirkətin əsas prioritetidir. Fəaliyyəti dövründə televiziyanın istehsalı olan bir sıra layihələr müxtəlif yerli və beynəlxalq festivallarda uğur qazanıb. RTV 2007-ci və 2009-cu illərdə ilin region televiziyası seçilib.
"Xəbər Vaxtı" informasiya buraxılışı "yerli xəbərləri dolğun və operativ işıqlandırdığına, aktual problemləri diqqətdə saxladığına" görə, "Media Açarı 2010" mükafatına layiq görülüb. Xatırladaq ki, RTV təsis olunduqdan bəri bu mükafatı qazanan ilk regional media
qurumudur. 2011-ci ildə isə televiziyanın istehsalı və Məhsim Məhsimovun müəllifi olduğu "İşıqlı zülmət" filmi H.Əliyev Fondunun, BMT-nin Əhali fondunun, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkil etdiyi, 36 yerli, 10 xarici filmin qatıldığı
"Azərbaycan Ailəsi 2011" film festivalında ən yaxşı film nominasiyasında qalib olub. Bir sıra müsabiqələrdə uğurlu çıxışlarına görə, televiziyanın əməkdaşları ABŞ, Türkiyə, Rusiya, Almaniya, Böyük Britaniyada təcrübə keçiblər.
Milli.Az

DİGƏR XƏBƏRLƏR
-
Smartfon Wi-Fi-ya qoşulduqda belə gigabayt "yeyir": dayandırmağın yolu
-
İlon Maskdan görmə qabiliyyətini tamamilə itirənlər üçün yeni cihaz
-
Apple dünyanın ən bahalı şirkəti oldu
-
Ən bahalı "iPhone"un əsas qüsurları açıqlandı
-
İnternetlə qoxuları da hiss edə biləcəyik
-
Azərbaycanda “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edildi
XƏBƏR LENTİ
-
Meqan Marklın atası həbs edildi - (Foto)
-
Sabunçu su altında qaldı - (Video)
-
Niyaməddin Musayevdən maraqlı etiraf
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - (Video)
-
Gəncə terrorunda valideynlərini itirən Sevil oğluna ad günü etdi - (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Şuşa, Xankəndi və Ağdama səfərindən görüntülər paylaşılıb - (Video)
-
“Qızımın əcnəbi ilə ailə quracağını eşidəndə şoka düşdüm“ - Bəsti Sevdiyeva
-
“OBA”dan şəhid qızı Nülufərin dilindən təsirli Zəfər hekayəsi - (Foto)
-
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
-
"Xruşşovka"ların sökülməsinə hazırlıq gedir?
-
Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat etdi
-
Azərbaycan mədəniyyət ictimaiyyəti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanlayıb
-
Yaponiyada güclü zəlzələ oldu
-
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - (Foto)
-
Bakıda güclü külək əsəcək - Xəbərdarlıq verildi
-
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - Dosye
-
Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub - (Foto)
-
Almaniya Ukraynaya “Patriot” sistemləri tədarük edə bilməyəcək
-
"Qalatasaray"ın hücumçusu əməliyyat olunub
-
Şəkidə 58 yaşlı kişini maşın vuraraq öldürüb
-
35 yaşlı kişinin meyiti kənd qəbiristanlığında tapıldı
-
Məşhur sovet aktrisası vəfat etdi
-
Jurnalist Elnur Şükürov həbs edildi
-
Bolero X-in coşqun ritmi və plastikası Bakını heyran etdi