Süni intellekt Strategiyasının məqsədləri məlum oldu
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənən "Azərbaycan Respublikasının 2025-2028-ci illər üçün süni intellekt Strategiyası"nın məqsədləri açıqlanıb.
Milli.Az xəbər verir ki, Strategiyanın əsas məqsədləri aşağıdakılardır:
ölkədə müəyyən edilmiş prioritet sektorlar üzrə süni intellekt sənayesinin, o cümlədən onun davamlılığının və rəqabət qabiliyyətinin təmin edilməsi;
süni intellekt sənayesində işləmək üçün lazımi bilik və bacarıqlara malik ixtisaslı işçi qüvvəsinin hazırlanması;
dəqiq qərar qəbulu ilə səmərəliliyi və şəffaflığı artırmaq, vətəndaşlara daha keyfiyyətli xidmətlər göstərmək və daxili idarəetmə proseslərini optimallaşdırmaq üçün süni intellektin dövlət idarəetməsində tətbiq edilməsi;
yerli, regional və beynəlxalq bazar ehtiyaclarına xidmət edən regional süni intellekt təlimi və istedad mərkəzlərinin yaradılması;
süni intellekt sistemlərinin yerləşdirilməsi, böyükhəcmli məlumatların emalı və analitik təhlili üçün hesablama maşınlarının və məlumat mərkəzlərinin artırılması;
mürəkkəb riyazi əməliyyatları yerinə yetirmək və sistemləri simulyasiya etmək, nümunələri yenidən yaratmaq və digər yüksək hesablama tələb edən işləri yerinə yetirmək üçün yüksəksəviyyəli hesablama infrastrukturunun inkişaf etdirilməsi;
ölkə qanunvericiliyində süni intellektin əsaslarının və normalarının işlənilməsi və süni intellektdən istifadə üçün etik prinsiplər və qaydaların formalaşdırılması;
süni intellekt sistemlərinin yaradılmasında və davamlı təkmilləşdirilməsində süni intellekt üzrə qlobal standartların tətbiq edilməsi;
süni intellektin tədqiqatını həyata keçirmək və süni intellekt sistemlərini hazırlamaq üçün sektorlar arasında əməkdaşlığın təşviq edilməsi;
süni intellektdən məsuliyyətli istifadənin təmin edilməsi və vətəndaşların hüquqlarının və məlumatların məxfiliyinin qorunması;
süni intellektin məlumat qərəzi törətməməsi, ondan dövlətin, cəmiyyətin və vətəndaşların maraqlarına zidd məqsədlər üçün istifadənin qarşısının alınması;
innovasiyalı həllərin tətbiqi zamanı yaranan risklərin və dəyən ziyanın azaldılmasının təmin edilməsi;
milli təhlükəsizliyin, o cümlədən informasiya təhlükəsizliyinin, informasiyanın manipulyasiyasının, habelə dezinformasiya hücumlarının qarşısının alınması və süni intellekt sistemlərinin mühafizəsinin təmin edilməsi üçün süni intellekt üzrə rəqəmsal alətlərin etimadlılıq səviyyələrinin gücləndirilməsi və süni intellektin tətbiqinin genişləndirilməsi.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Robotların sayı 5 milyonu keçdi
-
ChatGPT-də geyimləri virtual sınaqdan keçirmək mümkün olacaq - (Foto)
-
Bill Qeyts: Bu olsa, ev heyvanları kimi olacağıq
-
"Instagram"da hekayənizi kimin izlədiyini artıq dərhal öyrənə bilərsiniz
-
100% görmə əngəlli olsanız belə, bu implantla görəcəksiniz - İlon Maks açıqladı
-
İnterneti Wi-Fi olmadan paylaşmağın yolu
XƏBƏR LENTİ
-
Zelenski: Putin ABŞ-yə yeni şərtlər qəbul etdirməyə çalışır
-
Cəbrayılın işğaldan azad edilməsindən 6 il ötür
-
Günün qoroskopu: Özünüzü müdafiə etmək üçün cəsarətli olun
-
Bakıda kanatla sərnişindaşıma olacaq - (Video)
-
Paltaryuyan maşına 1 ovuc düyü qoyun və fərqi görün
-
Danla Bilic yenidən əməliyyat olundu - (Foto)
-
Tovuzda qadın evdə yanaraq ölüb, oğlu saxlanılıb - (Video)
-
Filosof İoanna Kuçuradi vəfat edib
-
Fatih Terimin ayaqqabısı dəfndə parçalandı - (Video)
-
Bruno Fernandeş Ronaldu barədə sükutu pozdu
-
Zelenski: Rusiyanın neft emalı zavodlarına zərbələri ikiqat artıracağıq
-
İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi
-
“Fənərbaxça” “Turan Tovuz”u məğlub etdi - Yenilənib - (Video)
-
Bakıda 32 yaşlı kişi diş həkiminə görə arvadını bıçaqladı
-
"Turan Tovuz" - "Fənərbaxça" oyununda dava düşdü, matç yarımçıq qaldı - (Video)
-
Bakıda aşan avtobusda xəsarət alanların vəziyyəti açıqlandı - Yenilənib - (Video)
-
Gəncədə yanıq xəsarətləri alan bacı-qardaşın vəziyyəti məlum olub - Yenilənib
-
"İnsan necə "qudurarmış" - Elza Seyidcahan
-
Ərdoğan: Şanlıurfada Azərbaycan Bulvarı istifadəyə verilib
-
Şəhid anasını təhqir edən bloggerlə bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib - (Video)
-
Həbs olunan Ferhat Gündoğdunun qalmaqallı səs yazısı yayıldı
-
Nəsimi rayonunun bəzi ərazilərində işıq olmayacaq
-
Sabah yollarda görünüş məsafəsi məhdudlaşacaq
-
Ağdamda 15 yaşlı qızın erkən evliliyə cəlb olunmasının qarşısı alınıb





