Texnologiya

"X" sosial şəbəkəsində qeydiyyat pullu olacaq

11 Yanvar 2025 17:46
Baxış: 364
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"X" sosial şəbəkəsi yeni istifadəçilərin qeydiyyatı üçün ödənişli sistem tətbiq etməyi planlaşdırır.

Milli.Az xəbər verir ki, bu addım saxta hesablar və botların qarşısını almaq məqsədilə atılıb. Məlumatlara görə, 2025-ci ilin fevralından etibarən sosial şəbəkədə hesab yaratmaq üçün istifadəçilər 8 dollar (təxminən 14 manat) ödəməli olacaqlar.

Ödəniş edən istifadəçilər bir aylıq "X Premium" abunəliyini pulsuz əldə edəcəklər. Bu abunəlik reklamları deaktiv edir, genişləndirilmiş "Grok" neyron şəbəkəsi xidmətlərinə giriş imkanı verir və təsdiq nişanı (mavi işarə) təqdim edir.

Əgər qeydiyyat zamanı ödəniş edilməzsə, istifadəçilərə yalnız oxuma rejimi əlçatan olacaq və post paylaşmaq, şərh yazmaq kimi funksiyalar bağlı olacaq.

Qeyd edək ki, bu yenilik 2023-cü ildən Yeni Zelandiya və Filippində test edilib. Orada istifadəçilər illik 1 dollar ödəməklə qeydiyyatdan keçiblər.

Bundan başqa, İlon Mask postların tarix və vaxtını lentdən çıxarmağı planlaşdırır. Bu dəyişikliklərin sosial şəbəkənin interfeysini daha təmiz və sadə hala gətirəcəyi gözlənilir.

Hələ ki, "X" rəsmi olaraq bu yeniliklərlə bağlı açıqlama verməyib.

Fidan
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.