Ölkə

Restoranda dava: Kababçı müştərini döydü

11 Yanvar 2025 18:55
Baxış: 467
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Abşeron rayonu, Masazır kəndi, Ə.Vahid küçəsində yerləşən "Babanın Kafesi" adlanan restoranda müştərini döyən kababçı cəzalandırılıb.

Milli.Az xəbər verir ki, sözügedən restoranda kababçı işləyən 1982-ci il təvəllüdlü Tural Hüseynov (soyad şərti) orada müştəri qismində əyləşən Hikmət adlı şəxsi döydüyü üçün barəsində Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə cinayət işi açılıb və baxılması üçün məhkəməyə göndərilib.

Məlum olub ki, zərərçəkmiş Hikmət canlı musiqi dinləmək və yeyib-içmək üçün restoranın səhərə kimi işləməsini tələb edib. Kababçı Tural isə ona öz etirazını bildirib və yumruqla gözünün sol tərəfindən vuraraq xəsarət yetirib, sonra isə əlləri ilə onu itələyərək yerə yıxıb.

Məhkəmənin qərarı ilə Turala 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. O, cəza çəkdiyi müddətdə elektron qolbaqda gəzəcək./"Qaynarinfo"

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.