Dünya

Şahzadə və xanımı evsiz qalanlara qapılarını açdılar

11 Yanvar 2025 18:58
Baxış: 362
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kaliforniyanın Montecito şəhərində yaşayan Şahzadə Herri və həyat yoldaşı Meqan Markl meşə yanğınlarından təsirlənənlərə yardım etmək üçün qapılarını açıb.

Milli.Az xarici mediaya istinadla xəbər veriri ki, Los-Ancelesi bürüyən kütləvi meşə yanğınları nəticəsində təxliyə olunmağa məcbur qalan dostlar və ailə üzvləri onların evində sığınacaq tapıblar.

Eyni zamanda cütlük "Archewell" Fondu vasitəsilə fəlakətdən təsirlənən Cənubi Kaliforniya icmasını dəstəkləyir. Fond böhran zamanı psixi sağlamlıq yardımı, uzunmüddətli bərpa səyləri və digər təşəbbüslərlə qurbanlara kömək edir.

Şahzadə Herri və Meqan təbii fəlakət qurbanlarına zəruri əşyalar, geyimlər və uşaq əşyaları bağışlamaqla da fəal dəstək veriblər.

Cütlüyün bu yardımları yanğınların təsirlərini azaltmağa və ehtiyacı olan insanlara dayaq olmağa yönəlib.

Fidan
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.