Kaliforniyanın Montecito şəhərində yaşayan Şahzadə Herri və həyat yoldaşı Meqan Markl meşə yanğınlarından təsirlənənlərə yardım etmək üçün qapılarını açıb.
Milli.Az xarici mediaya istinadla xəbər veriri ki, Los-Ancelesi bürüyən kütləvi meşə yanğınları nəticəsində təxliyə olunmağa məcbur qalan dostlar və ailə üzvləri onların evində sığınacaq tapıblar.
Eyni zamanda cütlük "Archewell" Fondu vasitəsilə fəlakətdən təsirlənən Cənubi Kaliforniya icmasını dəstəkləyir. Fond böhran zamanı psixi sağlamlıq yardımı, uzunmüddətli bərpa səyləri və digər təşəbbüslərlə qurbanlara kömək edir.
Şahzadə Herri və Meqan təbii fəlakət qurbanlarına zəruri əşyalar, geyimlər və uşaq əşyaları bağışlamaqla da fəal dəstək veriblər.
Cütlüyün bu yardımları yanğınların təsirlərini azaltmağa və ehtiyacı olan insanlara dayaq olmağa yönəlib.
Fidan
Milli.Az