Texnologiya

Amerikalılar kütləvi şəkildə “iPhone” almaqdan imtina edirlər - SƏBƏB

26 Aprel 2024 09:57
Baxış: 827
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2024-cü ilin birinci rübündə ABŞ-də aktivləşdirilmiş smartfonların yalnız 33 faizi "iPhone"ların payına düşüb ki, bu da 2017-ci ildən bəri "Apple"ın ən pis göstəricisidir.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu, "Consumer Intelligence Research Partners"in (CIRP/ İstehlakçı İntellektinin Tədqiqat Qrupu) apardığı araşdırma nəticəsində məlum olub.

CIRP hesab edir ki, "Apple" əsas iki səbəbə görə eniş yaşayır.

Birincisi, "iPhone"un keyfiyyətinin yaxşılaşdırılmasıdır ki, bu da cihazların istifadə müddətini artırıb.

İkincisi, innovasiyaların tətbiqi tempinin yavaşlaması və ümumilikdə onların əhəmiyyətinin azalmasıdır. Qeyd olunur ki, amerikalıları "Apple" smartfonlarını almağa sövq edən yeni funksiyalar "iPhone"da getdikcə daha az yayılır.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.