Texnologiya

Telefon alarkən diqqətli olun: belə aldadılırıq…

28 Noyabr 2023 00:45
Baxış: 2 787
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Son zamanlar insanlara köhnə telefonlar yeni adı altında satılır.

Axar.az xəbər verir ki, bu barədə sosil şəbəkələrdə yayılan şikayətlərdə bildirilib.

Qeyd olunur ki, qiymət baha olduğu üçün insanlar telefonları rəsmi mağazalardan deyil, kiçik şəbəkələrdən ucuz qiymətə almağa üstünlük verirlər. Lakin bir neçə gün sonra telefonun satılmamışdan öncə qeydiyyatdan keçirilərək, aktiv olduğunu görürlər.

Məsələ ilə bağlı İKT üzrə ekspert Nurlan Əliyarlı saytımıza açıqlamasında bildirib ki, telefon alınan zaman əsas qutusunda olub-olmaması deyil, eyni zamanda cihazın özünün aktiv olub-olmamasına baxılmalıdır:

"İMEİ kodu yoxlamaq şərtdir. Əgər telefon aktiv göstərilirsə, buna görə mağaza məsuliyyət daşıyır. İnsanlar məhsulu əldə edən zaman zəmanət tələb etməlidir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.