Texnologiya

"iPhone 15 Pro Max"-ın istehsal dəyəri açıqlandı

30 Oktyabr 2023 17:49
Baxış: 2 332
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Apple"-ın ABŞ-da 1199 dollara satışa çıxardığı "iPhone 15 Pro Max"-ın istehsal dəyəri bəlli olub.

Milli.Az olay-a istinadən xəbər verir ki, bunun üçün yeni "iPhone"-lar sökülüb və onların komponentlərinin dəyəri təhlil edilib. 

"Apple"-ın bu telefonları istehsal etmək üçün ötən illə müqayisədə daha çox maliyyə ayırdığı məlub olub. 

Bu təhlilə əsasən, "iPhone 15 Pro Max" üçün şirkət 558 ABŞ dolları xərcləyir. Bu da "iPhone 14 Pro Max"-ın istehsal dəyərindən 12 faiz çoxdur.

Digər tərəfdən, araşdırmalara görə, "iPhone 15 Pro" "iPhone 14 Pro"-dan 8 faiz, "iPhone 15 Plus" "iPhone 14 Plus"-dan 10 faiz, "iPhone 15" isə "iPhone 14"-dən 16 faiz bahadır.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.