Texnologiya

"WhatsApp"da video göndərənlərin NƏZƏRİNƏ - Hər kəsin gözlədiyi yeni funksiya gəlir

28 Mart 2023 08:20
Baxış: 3 054
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Windows, Android və iOS platformalarında davamlı sınaqlar həyata keçirən "WhatsApp" indi də ani video mesajlar funksiyası üzərində işləyir.

Milli.Az xəbər verir ki, "WhatsApp" 60 saniyəyə qədər birdəfəlik video göndərməyə imkan verəcək.  

Yeni funksiya eynilə "Telegram" kimi işləyəcək və söhbətdə video çəkmək üçün düymə olacaq.

Bu şəkildə səsli mesajlar kimi video mesajlar da göndərmək asan olacaq. Göndərilən qısa videolar söhbət ekranında dairəvi formatda görünəcək və avtomatik oxuna biləcək.

Yeni funksiyanın ilk olaraq "iPhone" tətbiqinə əlavə ediləcəyi gözlənilir. /referans.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.