Texnologiya

"TikTok ABŞ-ın milli təhlükəsizliyinə real təhlükədir"

17 Dekabr 2022 14:10
Baxış: 1 254
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Çin tətbiqi TikTok-un populyarlığı Vaşinqtonda narahatlığa səbəb olur.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns deyib. Onun sözlərinə görə, TikTok ABŞ-ın milli təhlükəsizliyinə real təhlükə yarada bilər: "Düşünürəm ki, bu tətbiq hökumət üçün əsl narahatlıqdır. Mən məmurların çoxunun fikrini bölüşürəm. Tik-Tok Çin tətbiqidir və bu, o deməkdir ki, Çin hökuməti asanlıqla ABŞ-dan olan istifadəçilərin məlumatlarına daxil ola, sosial şəbəkədəki məzmuna nəzarət edə bilər".

Bundan əvvəl ABŞ Senatı TikTok-un federal hökumətin elektron cihazlarına quraşdırılmasını qadağan edən qanun layihəsini təsdiqləyib. Tətbiqdən istifadə Corciya, Texas, Alabama, Şimali və Cənubi Dakota ştatlarında qadağan edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.