"SB Entertainment" şirkəti TikTok-a rəqib olacaq iki yeni sosial şəbəkə yaratmağa hazırlaşır.
Milli.Az axşam.az-a istinadən bildirir ki, artıq proqramların adı da açıqlanıb.
Bu, musiqi yaratmaq və təbliğ etmək üçün nəzərdə tutulmuş "Chipz" və "Punch" adlı proqramlardır. Tətbiqlər hazırda qapalı beta test mərhələsindədir.
Qeyd edək ki, Rusiyanın Ukraynaya hərbi hücumundan sonra bir çox məşhur sosial şəbəkələrin sözügedən ərazidə işləməsi dayandırılıb.
Milli.Az