Artıq çəkiyə sahib olmaq nəticəsində hormonal pozuntular yaranır
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Aparılan araşdırmalar nəticəsində məlum olub ki, azyaşlıların artıq çəki alması əsasən genetik və bioloji səbəblərlə əlaqədardır. Lakin bunun bir səbəbi də şübhəsiz ki, düzgün qidalanmamaq və passiv həyat tərzidir. Həkimlərin dediyinə görə, kökəlmənin qarşısını almaq üçün valideynlər uşağın qida rasionuna xüsusi diqqət yetirməlidirlər, çünki onların sevərək qəbul etdiyi yağlı və kalorili qidalar piylənməyə və nəhayət, xoşagəlməz xəstəliklərə səbəb olur.
Artıq çəkiyə yiyələnməmək üçün əsas "qızıl qayda"lardan biri düzgün qidalanmaqdır. Qazlı və şirin içkilər artıq çəkiyə səbəb olmaqla yanaşı, həzm sisteminə də birbaşa təsir edir, uşaqlarda mədə-bağırsaq problemi yaranır. Ümumilikdə piylənmə azyaşlıların fiziki inkişafına mane olur, boyartımını ləngidir.
Milli.Az bildirir ki, həkim-pediatr Hafizə Məmmədova AZƏRTAC-a deyib: "Atıq kalori qəbul etmək və artıq çəkiyə sahib olmaq nəticəsində hormonal pozuntular yaranır. Məsələn, 10 yaşında olan uşağın qanında insulin hormonunun artdığı, treoid hormonunun pozulması halı ilə yaranır, boyu, çəkisi, yağ kütləsi yaşına uyğun olmur, zehni inkişafı ilə fiziki inkişafı arasında uyğunsuzluq yaranır. Belə olan halda həmin göstəricilərə uyğun olaraq diyeta proqramı hazırlanır və bundan sonra gedişata baxılır. Çəki itirilməsi sahəsində vəziyyət xoş olmayanda lazım gəlsə, endokrinoloqa yönəldilir".
Müsahibimizin dediyinə görə, problemi tezliklə aradan qaldırmaq üçün azyaşlıya təyin edilən pəhriz rejiminə tam şəkildə əməl olunmalıdır. Bəzən valideynlər artıq çəki yaratdığını düşündükləri üçün uşağın qida rasionundan çörəyi və paxlalı bitkiləri çıxarırlar, bu isə yanlış addımdır: "Tərkibində B qrupu vitaminləri olduğu üçün çörəkdən imtina etmək olmaz. Əgər çörək rasiondan çıxarılırsa, həmin qrupa məxsus digər paxlalı bitkilər, qarabaşaq, bulqur və s. ilə əvəz edilməlidir".
Pəhriz zamanı uşağın səhər yeməyinə xüsusi diqqət ayırmaq lazımdır: "İstər böyüklər, istərsə də uşaqlar arasında artıq çəki əmələ gəlməsinin səbəbi şəkərli və yüksək karbohidratlı qidaların menyuda üstünlük təşkil etməsidir. Yüksək karbohidratlar sırasına əsasən fast-fudlar daxildir. Səhər qidası orqanizmin enerji mənbəyidir və uşağın gündəlik qidasında mütləq 100-150 qaram meyvə, 150-200 qram tərəvəz olmalıdır. Artıq çəki uşaqda əsəb gərginliyi yaradır, bronxlarla əlaqədar xəstəliklərə səbəb də artıq çəki və piylənmədir".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Hər gün bunu etsəniz bel ağrısından xilas olarsınız
-
Enerjini azaldan gündəlik səhvlər
-
Ofisdə "qocalma" qorxusu - Çətirlə işləməyə başladılar
-
Gələcək analara xəbərdarlıq - Hamiləlikdə bunu etmək risklidir
-
"İki nəfər üçün yeməlisən" deyirlər, amma… - Hamiləliklə bağlı məşhur yanlış
-
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
XƏBƏR LENTİ
-
Ərdoğan ABŞ-yə getdi
-
38 yaşlı kişi faciəvi şəkildə öldü - (Video)
-
Tələbələri təhdid edən şəxs yenidən universitetə bərpa olunacaq?
-
"Türkiyənin ən gözəl qadınını istəyən" general Ankara ilə əlaqələr kəsildi
-
Günün qoroskopu: Bütün işlərinizi sürətlə yoluna qoya biləcəksiniz
-
Bilgəhdə dənizdə batan gənclər yataqxanada qalırlarmış - Təfərrüat - (Video)
-
Matçdan öncəki məşq zamanı qorxulu qəza - (Video)
-
"Həddi bir az aşmışıq, üzr istəyirəm" - Rüfət Nasosnu - (Video)
-
Mourinyo məğlubiyyətdən sonra hakimləri tənqid etdi
-
İtaliyada niqab qadağan edilir
-
Zelenski Trampla Nyu-Yorkda görüşlə bağlı razılığa gəlib
-
Kadir İnanırın mirası açıqlandı
-
“Ela” və “Levent” 18 il sonra yenidən bir arada - (Video)
-
Məmmədəli Mehdiyev cüdo üzrə veteranlar arasında dünya çempionu olub
-
Üzüm, şərab və musiqi - Şamaxıda festival belə başa çatdı - (Foto)
-
Göygöldə qadın qətlə yetirilib - şübhəli əridir
-
Macarıstanın baş naziri Peter Madyar ictimai tədbirdə hücuma məruz qaldı - (Video)
-
"Sumqayıt" "Kəpəz"lə heç-heçə edib
-
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - (Foto)
-
Madrid debisində “Atletiko” “Real”a qalib gəlib
-
Pakistanda keçmiş baş nazir İmran Xanın bacısı saxlanıldı
-
Alim Qasımovdan tənqidlərə reaksiya: "Üzeyir bizim qardaşımızdır"
-
"Fənərbaxça" "Eyüpspor"a qalib gəlib
-
Sürücülərin diqqətinə: Bu qəsəbədə təmir işləri aparılacaq





