Sağlamlıq

Telefona çox baxmaq uşaqlarda miqren yaradır

26 Noyabr 2021 22:44
0 Şərh     Baxış: 1 143
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Uşaq miqreni ilə yetkin miqreni arasındakı fərqlər çoxdur.

Milli.Az xəbər verir ki, gərginlik tipli baş ağrıları böyüklərdə daha çox görülərkən, miqren uşaqlıq çağı baş ağrılarında daha qabarıq olur və daha tez-tez rast gəlinir. Başqa sözlə desək, baş ağrısı olan bir uşaqda miqrenin olma ehtimalı baş ağrısı olan böyüklərdən daha çoxdur.

Böyüklərdə baş ağrılarında ağrı daha geniş bir sahəyə yayıldığı halda, uşaqlıq çağı baş ağrılarında ağrı tək bir nöqtədə yönəlmiş kimi təyin edilə bilər.

Uşaqlarda miqren hallarında ürəkbulanma, qusma, iştahsızlıq, işıq və ya səsdən narahatlıq kimi təsirlər meydana gəlir.

Gündəlik həyatda uşaqlıq çağı miqrenində ən çox rast gəlinən səbəb lazım olduğu qədər təmiz havaya çıxmamaq, idman etməmək, yuxu pozğunluqları və uzun müddət ekrana məruz qalmaq kimi vərdişlər hesab edilir.

Migreni olan uşaqlar üçün həyat tərzinin dəyişdirilməsi tövsiyə olunur. Bu dəyişikliklərdən sonra miqren hücumlarının yox olması ehtimalı var. /medicina.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.