Sağlamlıq

Delta covidin əsas və nadir əlamətləri - Xəstəliyin bütün simptomları

22 Noyabr 2021 22:20
0 Şərh     Baxış: 618

Hazırda kovid xüsusiyyətlərini dəyişərək qrip kimi təzahür edir. Delta ştamm əvvəlki koronavirusdan daha fərqli əlamətlər göstərir

Milli.Az hazırkı ştammın bütün ümumi və nadir rast gəlinən simptomlarını bir yerə toplayıb.

Hələ də insanlar mənə soyuq dəyib, bəlkə qrip deyərək, qiymətli zamanı itirir.

Bu əlamətlər mümkün yoluxmanın siqnallarıdır. Simptomlar yoluxma anından sonrakı 3-5-7 gün ərzində özünü göstərə bilər.

Əsas simptomlar:

- Əzələlərdə ağrı
- Yorğunluq, əzginlik
- Qızdırma
- Quru öskürək
- Təngənəfəslik
- Dad və iybilmənin azalması, dəyişməsi, sonra itməsi
- Ağızda quruluq
- Tərləmə
- Baş ağrısı

Nadir simptomlar:

- Dəridə qızarma
- Ürəkbulanma, qusma
- Döş qəfəsində yanma, sıxılma
- İshal, qarın ağrısı

Bu əlamətlərdən ən azı 2-3 olarsa, dərhal yaxma testi verib, ailə həkiminizə müraciət edin. Eləcə də testin cavabı çıxana kimi işə, təhsilə davam etməyin, maska taxın, özünüzü təcrid edin. /medicina.az

Milli.Az

35 000 AZN-dək krediti ONLAYN sifariş et!

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.