Sağlamlıq

"COVID-19 qanaxmaya səbəb ola bilər" - Hepatoloq

20 Sentyabr 2021 22:42
0 Şərh     Baxış: 950
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"COVID-19 qaraciyərdəki patoloji prosesləri ağırlaşdıra bilər və bununla bağlı remissiya mərhələsində olan hər bir qaraciyər xəstəsinə (hətta, serrozlu xəstələrə) COVID-19 əleyhinə peyvəndin vurulması tövsiyyəlidir".

Milli.Az xəbər verir ki, bunu hepatoloq Gülnarə Ağayeva deyib.

Onun sözlərinə görə, COVID-19 ilk növbədə ağ ciyərlərdə iltihab və mikrosirkulyasiyanın pozulmasını yaradır:

"Lakin, xəstələrdə başqa orqanlarda da ciddi dəyişikliklər yarana bilər. Bunların arasında qaraciyərdəki zədələnmələri qeyd etmək istərdim. Biokimyavi testlərdə yüksəlmə, və qaraciyər funksiyasının pozulması sağlam insanlarda halsızlıq, iştahın itməsi, ümumi zəiflik yarada bilər. Qaraciyər xəstəlikləri olan insanlarda isə bu dəyişikşilkər daha ciddi fəsadlara gətirib çıxara bilər. Belə ki, serrozlu xəstələrdə qaraciyər ensefalopatiyası, assit, qida borusunun varikoz genişlənmiş damarlarından qanaxma kimi təhlükəli vəziyətlərlə tamamlana bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.