Sağlamlıq

Koronavirusdan sağalanların nəzərinə - Bu problem aylarla davam edə bilər

29 Avqust 2021 09:35
0 Şərh     Baxış: 1 966
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Koronavirusu ağır keçirən bəzi insanlarda sağaldıqdan sonra tənəffüs problemləri bir neçə ay ərzində müşahidə oluna bilər".

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə "Rospotrebnadzor" Mərkəzi Epidemioloji Tədqiqat İnstitutunun klinik və analitik işlər üzrə direktor müavini, professor Natalya Pşeniçnaya məlumat verib.

"Bəzi insanlar aylarla nəfəs almaqda çətinlik çəkirlər" dedi.

Rusiyalı mütəxəssis əlavə etdi ki, sağalma müddəti digər məqamlarla yanaşı, xəstəliyin şiddətindən, orqanizmin fiziki vəziyyətindən, müşayiət olunan xəstəliklərin mövcudluğundan, həmçinin, nəticələrinin aradan qaldırılmasına yönəlmiş reabilitasiya tədbirlərinin həcmindən və müntəzəmliyindən asılıdır.

Qeyd edək ki, daha əvvəl Rusiyanın səhiyyə naziri Mixail Muraşko koronavirusun ən çox ürək və ağciyərin fəaliyyətinə təsir etdiyini, xüsusən də xəstəliyin ağır bir formasına keçirildiyini bildirmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.