Sağlamlıq

Bəzi ağrılar D vitamininin çatışmadığından xəbər verir - Həkim

14 Avqust 2021 14:30
0 Şərh     Baxış: 1 352
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Həkim və teleaparıcı Aleksandr Myasnikov "Rossiya-1" telekanalının efirində D vitamini defisitinin ən çox rast gəlinən simptomundan danışıb.

Onun sözlərinə görə, söhbət izaholunmayan əzələ-skelet ağrılarından gedir.

"Tibbi qanunlara görə, hər yanı ağrıyan, ancaq aydın seçilən yırtıq, fibromialgiya, polimialgiya əlamətləri olmayan şəxs mütləq D vitamininin səviyyəsinə görə yoxlanışdan keçməlidir", - Myasnikov deyib.

Həkim qeyd edib ki, D vitamininin orqanizmdə hasil olması üçün xüsusi olaraq gündə qaralmağa ehtiyac yoxdur. 

"Əslində D vitamini praktiki olaraq Günəşsiz, sadəcə açıq havada əmələ gəlir", - həkim deyib.

Myasnikov dəqiqləşdirib ki, bunun üçün yarım saat açıq havada olmaq kifayət edir, qışda isə bu müddəti artırmaq lazımdır. Günəş şüaları altında D vitamini, həkimin sözlərinə görə, 5-10 dəqiqə arasında əmələ gəlir.

Həkim D vitamini mənbələri kimi dəniz məhsullarını, yumurta və südü istemal etməyi məsləhət görür. O, həmçinin qeyd edir ki, bu vitamininin çatışmazlığı onkoloji və ürək xəstəliklərinin yaranmaslna səbəb ola bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory