Həkim-terapevt: Orqanizmə kifayət qədər su daxil olmayanda kökəlmə baş verir
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Mütəxəssislər deyirlər ki, suyun insan orqanizminə 50-dən çox faydası var. Gün ərzində 2 litr maye qəbul edilməsi isə vacib məsələlərdən biridir.
Su qanda, sümükdə və beyində optimal nəm səviyyəni saxlamağa kömək edir, onurğa və beynin fəaliyyəti üçün vacibdir. Çox su içmək oynaq ağrılarının qarşısını alır, həzm prosesini sürətləndirir, həm də qidanın qəbulunu, toksinlərin və şlakların orqanizmdən xaric olmasını təmin edir.
Milli.Az bildirir ki, həkim-terapevt Taleh Abbasov AZƏRTAC-a deyib: "Hər səhər yuxudan oyanan kimi 1 və ya 2 stəkan, hər dəfə yeməkdən əvvəl yarım stəkan su qəbul edilməsi çox faydalıdır. Suyun qidalanmadan yarım saat əvvəl və qidalanmadan 1 saat sonra qəbul edilməsi məsləhətdir. Təəssüf ki, əksər hallarda qidadan əvvəl su qəbul edilmədiyinə görə, qidadan sonra tez susuzlaşma baş verir".
Acanda çox yeməmək olar. Amma susayanda mütləq su içmək lazımdır. Əks halda bədənin həddindən artıq su itirməsi halında toxuma boşluqları, oynaqlar, böyrəklər və qaraciyərdə problemlər yarana bilər.
"Su qəbizlikdən əziyyət çəkənlər və həzm problemi olanlar üçün çox əhəmiyyətlidir. Orqanizmə kifayət qədər su daxil olmayanda kökəlmə baş verir, çünki orqanizmdə gedən bütün proseslərdə su böyük rol oynayır",- deyə həkim-terapevt əlavə edib.
Su bütün qida, vitamin və mineralların təməlidir. Soyuq aylarda olmasa da, havanın isti keçdiyi günlərdə çoxlu su qəbul etmək lazımdır.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Hər gün bunu etsəniz bel ağrısından xilas olarsınız
-
Enerjini azaldan gündəlik səhvlər
-
Ofisdə "qocalma" qorxusu - Çətirlə işləməyə başladılar
-
Gələcək analara xəbərdarlıq - Hamiləlikdə bunu etmək risklidir
-
"İki nəfər üçün yeməlisən" deyirlər, amma… - Hamiləliklə bağlı məşhur yanlış
-
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
XƏBƏR LENTİ
-
Sabah Bakıda hava dəyişir: Külək, yağış - Proqnoz
-
Pensiya bu tarixdə ödəniləcək - Rəsmi
-
13 yaşadək uşaqlara sosial şəbəkə qadağası - Avropa nəyi dəyişir?
-
Ramiz Mehdiyevin məhkəməsi başladı - (Yenilənib)
-
Polşada Azərbaycana qarşı təxribatın qarşısı alındı - Məhsullar satışdan çıxarılır
-
İtaliyada da məktəblərdə niqab qadağan edildi
-
Qələbələr, rekordlar və unudulmaz anlar: Azərbaycan Qran-Prisinin tarixində iz qoyan 5 pilot - (Foto)
-
Bilgəhdə dənizdə boğulanlar tələbələr imiş - (Yenilənib/Video)
-
Üzeyir Mehdizadə tənqidlərə cavab verdi - (Video)
-
İran aviaşirkətləri Gürcüstana uçuşları dayandırdı - Səbəb
-
Bakıda nəhəng monitor qadının üstünə aşdı - (Video)
-
10 min manatlıq oğurluq edən şəxslər tutuldular
-
Məşhur supermodelin oğlu dünyasını dəyişdi - (Foto)
-
Restoranda mühafizəçi işləyən kişinin meyiti tapıldı
-
“Şamaxinka”da avtobuslarla bağlı dəyişiklik - Bu marşrutlar dayanacaqdan çıxarılır
-
Narkotikə görə saxlanılan Melis Sezenin aylıq gəliri üzə çıxdı - (Foto)
-
Kadırov seçkidə 99,85 faiz səs topladı
-
Cəlilabadda itkin düşən şəxsin qətlə yetirildiyi üzə çıxdı - Şübhəli tutuldu
-
AMB faiz qərarını açıqlayacaq
-
Çində fabrikdə dəhşətli yanğın: 8 nəfər öldü - (Video)
-
Sentyabrın son həftəsi 3 bürc üçün düşərli olacaq
-
Bakıda avtobus sürücülərindən maraqlı ifa - (Video)
-
Hərbi xidmətdə həbs olunan şəxsin aqibəti necə olacaq?
-
Yasamalda 70 yaşlı qadın dələduzluq etdi





