Sağlamlıq

Keçməyən sızanaqlara diqqət!

2 Avqust 2021 20:05
0 Şərh     Baxış: 1 587
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qoltuq altında, budlarda və döş altında ağrılı, təkrarlanan həssas şişkinliklər və ya axıntılı yaralar varsa, mütləq dermatoloqa müraciət etməlisiniz. Çünki bunun səbəbi hidradenitis suppurativa (HS) yəni it məməsi xəstəliyi ola bilər.

Milli.Az xəbər verir ki, dəri və zöhrəvi xəstəlikləri üzrə mütəxəssis Fatma Pelin Özgen bununla bağlı önəmli açıqlamalar verib:

"HS xəstəliyinə erkən diaqnoz qoyulmazsa, sızanaqlar qoltuqaltında, qasıqda, budda və döş altında ağrılı, həssas şişkinliklərə və axıntılı abseslərə çevrilir. Bəzən xəstələr gecikir, həkimə müraciət etmir və təxminən 7 il gecikmiş olurlar. Bu xəstəliyə qadınlarda daha çox rastlanılır. Xəstələr artıq çəki, siqaret və stressdən uzaq durmalıdırlar. Eyni zamanda, gigiyenaya da diqqət etməlidirlər. Rahat, çox sıxmayan geyimlər geyməli və mütləq siqaretdən uzaq durmalıdırlar". /medicina.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.