Sağlamlıq

Uşaqların qaraciyərinə zərər verən qidalar

1 Avqust 2021 19:25
0 Şərh     Baxış: 749
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İtaliya mütəxəssisləri araşdırma nəticəsində aşkar ediblər ki, bəzi qidaların qəbulu uşaqlarda qaraciyərin sıradan çıxmasına gətirib çıxarır.

Belə ki, şirin qazlı içkilərin, pizzanın, peçenye və yoqurtların tez-tez qəbulu uşaqların qaraciyərinə çox mənfi təsir edir və onlarda bir çox qaraciyər xəstəliklərinin riskini artırır.

Milli.Az xəbər verir ki, alimlər xüsusilə vurğulayır ki, qidalanmada fruktozanın (peçenye, yoqurtlar və s. şirin qidaların tərkibində var) artıqlığı orqanizmdə sidik turşusunun miqdarını artırır ki, bu da qaraciyərin hüceyrələrinə (hepatosirlər) mənfi təsir edir, qaraciyərin piylənməsinə yol açır.

Qaraciyərin piylənməsi olduqca təhlükəli xəstəlikdir ki, inkişaf etikcə bu xəstəlik qaraciyər sirrozunun inkişafına gətirib çıxardır. /medicina.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.