Hipertoniyadan əziyyət çəkənlər üçün faydalı içkilər
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Hipertoniyadan əziyyət çəkən insanlarda sistolik və diastolik arterial təzyiqin yaxşılaşdırılması üçün onların sudan əlavə bəzi başqa içkilər də içməsi məsləhətdir.
Milli.Az AZƏRTAC-a istinadən bu cür insanlar üçün faydalı içkilər barədə məlumatı təqdim edir.
Nar şirəsi. Bu içkinin hipertoniklər üçün faydalı olması çoxsaylı elmi araşdırmalarla sübut edilib. Nar şirəsinin antihipertenziv xassələri onun tərkibində polifenol adlanan maddənin bol olması ilə izah edilir. Polifenollar aterosklerozun inkişafının qarşısını alır, damar toxumalarını iltihabdan qoruyur. Alimlərin hesablamalarına görə nar şirəsi içən hipertoniklərin sistolik arterial təzyiqi 4,96 mm civə sütunu, diastolik arterial təzyiqi isə təqribən 2.01 mm civə sütunu qədər düşür. Alimlər nar şirəsinin bu təsirini gündə 1 stəkan (240 ml) şirə içən hipertoniklər üzərində müşahidə ediblər.
Quşüzümü və albalı şirələri. "European Journal of Nutrition" nəşri elmi tədqiqat məlumatlarına istinadla yazır ki, hipertoniyadan əziyyət çəkən insanların qida rasionuna bu şirələrin daxil edilməsi qan təzyiqini yaxşılaşdırır. Jurnalda göstərilir ki, quşüzümü şirəsi sistolik təzyiqi orta hesabla təqribən 3,68 mm civə sütunu, diastolik təzyiqi orta hesabla 1,52 mm civə sütunu qədər aşağı salır. Albalı şirəsi üçün müvafiq rəqəmlər 4 mm və 3,11 mm civə sütunu qədərdir.
Çay. Bu içkinin qan təzyiqinə təsiri Pekindəki Milli Ürək-Damar Xəstəlikləri Mərkəzinin alimləri tərəfindən öyrənilib. Onların qənaəti belə olub: mütəmadi olaraq yaşıl çay içmək sistolik arterial təzyiqi 2,1 mm, diastolik təzyiqi 1,7 mm aşağı salmağa kömək edir. Qara çay üçün müvafiq göstəricilər 1,4 və1,1 mm qədərdir.
İtburnu şirəsi. İtburnunun tərkibində qan damarlarının vəziyyətinə müsbət təsir göstərən flavonoidlər çoxdur. "Express Health" nəşrinin yazdığına görə, mütəmadi olaraq hər gün tərkibində 40 qram itburnu tozu olan şirə içmək 6 həftədən sonra sistolik arterial təzyiqi 4 mm civə sütunu qədər azaldır.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Hər gün bunu etsəniz bel ağrısından xilas olarsınız
-
Enerjini azaldan gündəlik səhvlər
-
Ofisdə "qocalma" qorxusu - Çətirlə işləməyə başladılar
-
Gələcək analara xəbərdarlıq - Hamiləlikdə bunu etmək risklidir
-
"İki nəfər üçün yeməlisən" deyirlər, amma… - Hamiləliklə bağlı məşhur yanlış
-
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
XƏBƏR LENTİ
-
Üzeyir Hacıbəylinin xatirəsinə həsr olunmuş Fidan HacıyevanınIII Beynəlxalq Opera Festivalı çərçivəsində konsert keçirilib - (Foto)
-
Afra Saraçoğlu hava limanında saxlanıldı
-
Bu şəxslərin pensiyası minlərlə manatdır - Siyahı
-
"Bakı Biznes Mərkəzi" Mədəniyyət Nazirliyinin tabeliyinə verilib
-
Tacir Şahmalıoğlu əməliyyat olundu
-
Akademik Milli Dram Teatrı və Naxçıvan Dövlət Milli Dram Teatrı arasında Memorandum imzalanıb - (Foto)
-
Fanatının "Bentley" üzərində Aygün Kazımovaya sevgisi nümayişi - (Video)
-
Bakının bu rayonunda qaz kəsiləcək
-
Pünhan Priyevin toyunda kövrək anlar: Gəlinin qardaşı ağladı - (Video)
-
Masallıda toyuq kəsimi sahələrində nöqsanlar aşkarlanıb
-
Əməkdar artist nəvəsinə ad günü keçirdi - (Video)
-
"Ermənistan və Rusiya bundan sonra əvvəlki kimi olmayacaq"
-
Bakının bu ərazisində zəhərli ilanlar peyda oldu - (Foto)
-
Azərbaycanda futbol üzrə ilk dünya çempionatı və festivalla əlaqədar viza proseduru sadələşdirilir
-
İnsan susuz neçə gün yaşaya bilər?
-
Dörd ölkə, on istiqamət: Azərbaycan Hava Yollarının genişlənən Mərkəzi Asiya şəbəkəsi
-
"Araz-Naxçıvan" Cavid Hüseynovu istefaya göndərdi
-
“Dünənə kimi Tacirlə yola getməyənlər indi ona sənətkar deyir" - (Video)
-
Bu həftə həyatınızda gözlənilməz hadisələr baş verə bilər - Sevgi, pul, karyera
-
Lənkəranda 3 gün əvvəl döyülərək xəsarət alan yeniyetmə xəstəxanada öldü
-
Bu qoç 1 milyon dollara satıldı
-
"Ali Rza" bəy aktrisanın dəfnində ağladı - (Video)
-
Azərbaycanda bu institut ləğv edildi - Qərar
-
İçərişəhər sakinləri üçün yeni İcma Mərkəzi fəaliyyətə başlayıb - (Foto)





