Sağlamlıq

Tərəvəz, meyvə, qoz-fındıq, lobya və balıq revmatoid artriti olan insanlar üçün faydalıdır

9 May 2021 21:40
Baxış: 822
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Revmatoid artrit iltihablı artrit növü olduğu üçün iltihabı ağırlaşdıran məhsullardan imtina etmək tövsiyə edilir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, mütəxəssislər bu xəstəlikdən əziyyət çəkənlərə mümkün qədər emal edilməmiş məhsullara üstünlük verməyi tövsiyə edir.

Amerikanın Artrit Fondu tərəvəz, meyvə, qoz-fındıq, lobya və balıq ilə zəngin pəhrizin revmatoid artritdən əziyyət çəkən insanlar üçün faydalı olduğunu ehtimal edir. Bu pəhrizə, həmçinin balıq yağı, qoz, toyuq əti, müxtəlif ədviyyatlar, xüsusilə zəncəfil və karri əlavə edilməlidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.