Sağlamlıq

Günümüzün aktuallıqlarından biri: Dispepsiya

3 May 2021 12:00
Baxış: 420

Həzm pozğunluğu və ya dispepsiya moderin dövrümüzdə olduqca geniş yayılmış şikayətlərindəndir.

Müasir dünyamızda stress və qeyri düzgün qidalanma səbəbindən daha çox insan mədə-bağırsaq traktı problemləri ilə qarşılaşır. Həzm pozğunluğu əlamətləri bu və ya digər dərəcədə dünya əhalisinin təxminən dörddə birində müşahidə olunur. Beləki, qastroenteroloqa müraciət edən xəstələrin 20-40%-i dispepsiya simptomlarından şikayət edir. Müayinələr göstərir ki, müraciət edən xəstələrin 60-70%-də dispepsiya funksional xarakter daşıyır. Qalan hallarda həzm sistemi, digər orqan və sistemlərin xəstəliklərinin, bəzi dərmanların qəbulunun nəticəsi ola bilər.

Həzm pozğunluğunun əsas səbəbləri hansılardır? Çox yemək - bir dəfəyə çoxlu miqdarda qida qəbul etmək qarında ağırlıq hissi, ağrı və şişkinliyə səbəb ola bilər. Qida rasionunda az miqdarda bitki liflərinin olması, qida qəbulu zamanı tələsmək: az çeynənmiş qida ağız suyu ilə kifayət qədər isladılmır, iri qida parçaları mədəyə düşərək həzmi çətinləşdirir. Daxili orqan və sistemlərdə patoloji prosesləri başladan və immuniteti azaldan daimi stress və psixoemosional yüklənmə. Stress zamanı orqanizmdə həzm sistemi orqanlarında qan dövranını pozan və saya əzələlərin spazmına səbəb olan çoxlu miqdarda kortizol və adrenalin hormonları sintez olunur. Mədə-bağırsaq traktının xroniki xəstəliklərinin, xoraların olması: pankreatit, xolesistit, onikibarmaq bağırsağın xora xəstəliyi, xüsusilə geniş yayılmış xəstəliklərdən biri olan xroniki qastrit. Bəzən həzm pozğunluqlarına iqlim dəyişikliyi kimi amillər də səbəb ola bilir. Ətrafdakı ani dəyişikliklər, yeni, öyrəşmədikləri qidaların qəbulu həzm pozğunluqlarının səbəbləri ola bilər. Sadalanan səbəblərdən asılı olmayaraq bütün xəstələrdə fermentativ dispepsiya inkişaf edir.

Fermentativ dispepsiya mədə-bağırsaq traktının müəyyən bir hissəsində ferment sintezinin çatışmazlığıdır. MBT orqanına müvafiq dispepsiyalar mövcuddur: qastrogen dispepsiya - mədədə fermentlərin çatışmazlığı, pankreatik dispepsiya - mədəaltı vəzin ekzogen funksiyasının çatışmazlığı, enterogen dispepsiya - bağırsaq fermentlərinin çatışmazlığı, hepatogen dispepsiya - qaraciyərdə öd produksiyasının çatışmazlığı, öd kisəsində durğunluq nəticəsində yaranır.

Həzm pozğunluğunun simptolmları: Diskomfort hissi, qarının yuxarı hissəsində ağrı, qıcqırma, yeməkdən sonra gəyirmə, mədənin dolması hissi, ürəkbulanma, iştahanın itməsi, qəbizlik və ya ishal.

Dispepsiyanın diaqnostikası: Həzm pozğunluğu olan pasiyentlər qasteroenteroloq və ya terapevtə müraciət etməlidirlər. Həkim tərəfindən aşağıdakı müayinə üsulları məsləhət görülə bilər: fibroqastroduodenoskopiya, mədə bağırsaq traktının USM, H. pylori testi, intraqastral pH-metriya, qan və sidiyin analizi, qastroduodenal motorikanın müayinəsi.

Həzm pozğunluğun qarşısını almaq üçün nə etməli? Sağlam qidalanma rejiminə riayət etmək lazımdır. Gün ərzində 3-4 dəfə qidalanmaq, son qida qəbulu axşam yatmazdan ən azı 4 saat əvvəl olmalıdır, qida qəbulundan dərhal sonra maye - su, çay içməməli, sərt və quru qidalardan imtina etməli, gün ərzində ən az 1 dəfə duru qida gəbul olunmalı, un məmulatlarının qəbulu azaldılmalı, zülal, yağ və karbohidrat baxımından balanslaşdırılmış qidalardan istifadə olunmalı, lazımi miqdarda meyvə və tərəvəz yeyilməlidir (çiy halda və ya sobada bişmiş daha məsləhətdir), fastfud qidalardan imtina olunmalı, qazlı suların içilməsi məhdudlaşdırılmalıdır. Zərərli vərdişlərdən (tez-tez alkoqol istifadəsi, quru yeməklər, gecə qidalanma, səhər qidalanmama) imtina etmək. Stresə adekvat reaksiya verilməli, özünətəlqin vasitəsilə psixo-emosional vəziyyəti bərpa etməli, ehtiyac duyularsa mütəxəssisə müraciət olunmalıdır (həzm pozğunluğu tez-tez mənfi emosiyalar, sinir gərginliyi ilə əlaqələndirilir).

Dispepsiyanın müalicəsi: Həzm pozğunluğu olan xəstələrdə dispepsiyanın növündən asılı olaraq xəstəyə individual pəhriz qidalanma rejimi tövsiyə edilir. Qida rasionu korreksiya edilir, xəstəliyin kəskinləşmə mərhələsində 1-2 gün ac qalmaq, sonra müalicə pəhrizinə riayət olunmalıdır. Qida rasionundan bəzi qidalar çıxardılır və ya azaldılır. Vacib aspektlərdən biri siqaret və alkoqol qəbulunu dayandırmaqdır, bunu edə bilməyən pasientlərə isə zərərli vərdişlərini minimuma endirmələri vacibdir. Mədə bağırsaq traktının motorikasını yaxşılaşdırmaq üçün müalicə gimnastikası, qarının massajı tövsiyyə olunur.

Dispepsiya zamanı ferment çatışmazlığı və xəstənin şikayətlərini aradan qaldırmaq üçün müvafiq dərmanlar təyin edilir:

Mədə-bağırsaq traktının motor funksiyasını normallaşdırmaq üçün - Prokinetiklər;

H. Pylori-nin eradikasiya terapiyası zamanı - Antibiotiklər;

Mədə turşuluğunu normallaşdırmaq üçün - Antasidlər və Proton Pompa İnhibitorları;

Ferment çatışmazlığını aradan qaldırmaq üçün - Həzm fermentləri.

Qeyd etmək lazımdır ki, həzm fermentlərinin çatışmazlığı bərpa edilməzsə, dispepsiya və digər şikayətlər tam aradan qalxmayacaqdır. Bu səbəbdən müalicə həkiminiz sizə lazım olan, tərkibi ferment baxımından sizə uyğun olan, ferment defisitini aradan qaldıran preparat təyin edəcəkdir.

Oxuduğunuz məqalənin əsas mövzusu olan xəstəliklərlə yanaşı müxtəlif xəstəliklərə qarşı effektiv və təsirli bir mübarizə üçün yüksək keyfiyyətli dərmanlar, təbii dərmanlar, kosmetik və gigiyena məhsulları, uşaq qidaları və tibbi ləvazimatlar üçün *7700 ilə əlaqə saxlayaraq axtardığınız dərmanları pulsuz çatdırılma ilə əldə edə bilərsiniz.

Sifariş üçün:
+99455 251 77 00 (WhatsApp) nömrəsinə yaza, və ya * 7700 ilə əlaqə saxlaya bilərsiniz.
Mobil tətbiq aptekonline.az.

Mobil tətbiqi buradan yükləyin:
aptekonline.az/qr

Məqaləyə dair fotomateriallar:

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.