Sağlamlıq

Təşviş pozuntusu olanlar prebiotik içsin - Maraqlı təsir

12 May 2021 19:25
Baxış: 1 110
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yeni elmi araşdırmanın nəticələri prebiotiklərin psixi pozuntu, təşviş, stress keçirənlərə müsbət təsir etdiyini göstərib.

Milli.Az xəbər verir ki, bu problemi olanların durumu bağırsaq mikroflorasının vəziyyətindən asılıdır.

Adətən mikroflorası pozulanlar, disbakteriozu olanlarda təşviş, depressiya, nevroz, panik atak yaşanır.

Prebiotiklər - bağırsaq mikroflorasını bərpa edən lakto və bifidobakteriyalardan ibarət preparatdır.

Britaniyanın Sarrey Universitetinin alimləri 64 nəfər 18-26 yaşlı qızlar arasında eksperiment aparıb.

28 gün ərzində qrupun yarısına gündə bir dəfə prebiotiklər verilir. Bütün iştirakçılar müntəzəm olaraq özləri barədə anket doldurub, psixoloji suallara cavablar verilib. Onların psixi durumu, yuxu, iş rejimi qeyd edilib. Eləcə də həftədə bir dəfə nəcis analizi alınaraq, mikrofloranın vəziyyətinə baxılıb.

Nəticədə prebiotik içən qrupda 4 həftə ərzində bağırsaq mikroflorası bərpa olub, təşviş səviyyəsi azalıb, ümumilikdə onlar stresdən çıxaraq, daha müsbət əhvalda olublar. /medicina.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.