Həkim-otolorinqoloq: Səsin qorunmaq üçün onun gigiyenasına diqqətlə yanaşmaq lazımdır
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Səs həyatımızda əhəmiyyətli rol oynayan elementdir. Gündəlik həyatda və iş prosesində onun vasitəsilə ürəyimizdən keçənləri, düşündüklərimizi izah edir, fikrimizi çatdırırıq. Gözlər qəlbin aynası olduğu kimi, səs də ruhun güzgüsüdür. Səsin əmələ gəlmə prosesi döş qəfəsindən başlayır. Nəfəs aldığımız havanı boğazımızdakı səs aparatına göndərdiyimiz zaman səs tellərindən hava axını keçir. Həmin tellər titrəməyə başlayanda cingiltili səs yaranır. Bundan sonra çənə, dil və damağın yumşaq hissəsi hərəkətə gəlməklə söz formalaşır.
Yeniyetməlik çağında insanlarda səs telləri dəyişməyə başlayır. Kişilərdə boğazın səs şöbəsi həmin dövrdə aşağı enir, qırtlaq əmələ gəlir. Səs şöbəsi ilə ağız arasında məsafə uzanır, nəticədə kişilərin səsi daha yoğun çıxır. Qadınlarda isə oxşar proses zəif şəkildə olur.
1990-cı ildə Braziliyada aprelin 16-nın Ümumdünya Səs Günü kimi təsis edilməsindən sonra 2015-ci ildən həmin gün ölkəmizdə də keçirilir. Milli.Az bildirir ki, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun otorinolarinqologiya kafedrasının dosenti Ramil Həşimlinin AZƏRTAC-a verdiyi məlumata görə, həmin günün keçirilməsində əsas məqsəd səsin qorunması, insanlar arasında maarifləndirmə işlərinin aparılması və səsin gigiyenası haqqında ictimaiyyətə məlumat verməkdir: "Səsi qorumağın vacibliyini çatdırmaq üçün hər il müxtəlif seminar, konfrans, konsert və s. təşkil edirik. Son iki ildə pandemiya şəraiti ilə əlaqədar olaraq həmin tədbirləri onlayn formatda keçiririk. Bu il də bu mövzuda bir neçə tədbirimiz olub".
Səs telləri gün ərzində ən çox istifadə edilən orqanlardan biridir. Həkim-otolorinqoloq onu da qeyd edib ki, səsin qorunması üçün, xüsusilə onun gigiyenasına diqqətlə yanaşmaq lazımdır: "Səsi qorumaq üçün bir çox üsullar var. Digər orqanların gigiyenası olduğu kimi, səsin də gigiyenası var. Məsələn, çoxlu su içmək, qışqırmamaq, səs-küylü məkanlarda çox ucadan danışmamaq, siqaret çəkməmək, alkoqoldan istifadə etməmək, yaşadığımız və işlədiyimiz yerin rütubət dərəcəsini normal saxlamaq və bunlarla çox acı, istiotlu və mədə turşuluğunu artıran, boğaz reflüksünə aparıb çıxaran qidalardan uzaq durmaq, əsəblərin sakitliyi səsi qorumaq üçün ən əhəmiyyətli səbəblər sırasındadır".
Səsi qoruyaraq daha rahat şəkildə özünü ifadə etmək üçün xüsusi məşqlər də var. Yaşlandıqca səs telləri sağlamlığını itirir, əzələlər kimi səs telləri də boşalır, nəticədə yaşlılar danışanda hava səs aparatından kənara sızır, danışıq səsinə nəfəs səsi də qarışır. Mütəxəssislər bildirirlər ki, düzgün tələffüz üçün vaxtaşırı səs tellərini məşq etdirmək məsləhətdir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Çoxlarının etdiyi bu səhvlər ciddi problemlərə yol aça bilər
-
Qışda uşaqları xəstə edən soyuq deyilmiş
-
Uşağı məktəbə nə vaxt göndərmək olmaz?
-
Azərbaycanda qızılca ilə bağlı son vəziyyət açıqlandı - RƏSMİ
-
Avtobusa minənlərin diqqətinə - Ciddi xəbərdarlıq edildi
-
Hər gün bunu etsəniz bel ağrısından xilas olarsınız
XƏBƏR LENTİ
-
Bu 3 tarixdə doğulanların payızda həyatı dəyişəcək
-
Bədənin əsl yaşı gözlərdə gizli imiş
-
Qrip və soyuqdəymə zamanı sağalmanı tezləşdirən qidalar
-
Tam buğda və ya qarabaşağı unudun: Ən sağlam un ortaya çıxdı
-
Bəxt və uğur üçün hər gün deyilməli olan 5 söz
-
Bakıda ev qiymətinə “07” satılır - (Foto)
-
“İçərişəhər”də hərəkətin təşkili kameralarla tənzimlənəcək - (Video)
-
Zarina uşaqlıq arzusunu gerçəkləşdirdi
-
Rusiyada xaricilərin hərbi xidmət qaydaları dəyişdirildi
-
Keti Perri Bakıda bayrağımızı dalğalandırdı - (Foto/Video)
-
Lənkəranda uşaq fiziki zorakılığa məruz qalıb - təfərrüat - (Video)
-
Günün qoroskopu: Fürsətlərlə dolu bir gündür
-
Kənar dairəvi yoldakı qəzanın anbaan (Videosu)
-
Zelenskinin Ofisi Trampın təklifi barədə məlumatı təkzib edib - Yenilənib
-
“Gecələr yuxumu qaçıran təhlükə...” - ÜST rəhbərindən xəbərdarlıq
-
Hakan Sabancı Bakıda - (Video)
-
Azərbaycanda korrupsiya barədə məlumat verənlərə mükafat veriləcək
-
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
-
Səidcəmşid Cəfərov Avropa çempionu olub
-
Metroda kişi qatar yoluna tullanıb
-
Deniz Baysal boşandı - (Foto)
-
İçərişəhər avtomobillər üçün məhdudlaşdırılır? - rəsmi açıqlama
-
Bill Qeyts: Süni intellekt 1 milyard insanın ölümünə səbəb ola bilər
-
Mədəni irsin qaytarılması gündəliyi: Gəncə qapıları üçün də ədalət vaxtıdır





