Peyvənddən sonra qidalanma rejimi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Peyvənd vurdurandan sonra qidalanmada zülal, mineral, yağ və vitaminlər vəhdət təşkil etməlidir. Həkimlər xüsusi olaraq vurğulayırlar ki, həmin prosedurdan sonra qida rasionuna daxil edilən ərzaqlar düzgün seçilməlidir.
Əsas olaraq müntəzəm və düzgün şəkildə su qəbul edilməlidir. Suya zəncəfil, nanə, yaşıl alma, darçın və iki-üç dilim limon əlavə edərək içilməsi immun sistemi üçün çox faydalıdır. Həkim-terapevtin dediyinə görə, bu, həmçinin mədə-bağırsaq sisteminə də müsbət təsir edir. Bundan başqa həkimlər qeyd edirlər ki, pandemiya dövründə immun sistemini gücləndirən qidalara daha çox üstünlük verilməlidir.
Milli.Az bildirir ki, həkim-diyetoloq Ləman Süleymanova AZƏRTAC-a deyib: "Çoxlu tərəvəzlər qəbul edilməli və onunla yanaşı vitaminlərlə zəngin və mövsümə uyğun olaraq meyvələrdən istifadə edilməsi məqsədəuyğundur. Ət məhsulları, toyuq, balıq məhsulları və göyərtilər mütləq şəkildə rasiona daxil edilməli, xüsusilə tərkibində S vitamini olan qidalara üstünlük verilməlidir. D vitamini olan qidaların - göbələk, kərə yağı, yumurta, avokado və s. də qəbulu məsləhətdir".
Kişmiş, kəvər, göy və qırmızı soğan, sarımsaq, brokkoli və gül kələmi də vitaminlərlə zəngin qidalardır. Peyvənd olunanların xüsusilə spirtli içkilərdən uzaq olması, fast-fud, şirniyyat və un məmulatlarından mümkün qədər az istifadə etməsi tövsiyə olunur.
"Yağlı, qızardılmış və qurudulmuş qida məhsullarının qəbulunu məhdudlaşdırmaq lazımdır. Qaynadılmış, buxarda bişirilmiş, kabab formasında olan məhsullardan rahat şəkildə istifadə etmək olar. Normal yuxu rejimi və stresdən uzaq olmaq da peyvənddən sonra yaxşı təsir göstərir", - deyə həkim-diyetoloq bildirib.
Zülalların kifayət qədər qəbulu da əsas amillərdəndir. Bu baxımdan balıq, pendir, lobya, mərcimək, noxud və çərəzlərin yeyilməsi məsləhətdir. Orqanizmdə xəstəliklərin yaranmaması üçün gündəlik qidalanma normasını gözləmək və ona əməl etmək lazımdır.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Zaqatalada ağır qəza: Bir nəfər öldü
-
Həftəsonu 83 axtarışda olan şəxs saxlanılıb
-
Müdafiə naziri Milli Qurtuluş Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
-
Hakan Fidan Rusiyaya səfər edəcək
-
Bakıda narkokuryer saxlanıldı
-
Azərbaycan vasitəsilə Ermənistana buğda göndərildi - YENİLƏNİB
-
Sumqayıtda oğurluq edən qadın saxlanıldı
-
Efiopiyada ağır qəza: 28 nəfər öldü
-
16 ölkədə yüzlərlə yeni meymunçiçəyi halı aşkarlandı
-
Bacısını qətlə yetirən şəxs cəzadan azad edildi
-
Türkiyə Prezidenti Azərbaycanı təbrik etdi
-
Dövlət Məşğulluq Agentliyi fəaliyyət göstəricilərini açıqladı
-
Baş nazir Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
-
İzabel Akosta evində ölü tapıldı
-
Cennifer Lopez boşandığı ərindən danışıb kövrəldi
-
Bakıda torpaq bazarında yeni qiymətlər açıqlandı
-
Xəstəxanaya yerləşdirilən Flora Kərimova ilə arxiv FOTOsunu yaydı
-
Mahir Emreli üçün “Kayzerslautern”ə təklif göndərdilər
-
"Kaş meyxana deməzdik" - Aydın Xırdalanlı barədə ETİRAF
-
Norveç şahzadəsinin oğlu həbs edildi - FOTO
-
İlk dəfə tısbağa görən pişiyin reaksiyası gülüş doğurdu - VİDEO
-
Sabah Bakıda 31 dərəcə isti olacaq
-
Bakıda 80 yaşlı qadının hovuz görüntüləri gündəm oldu - VİDEO
-
Acunun komandası millimizin üzvünü istəyir





