Koronavirusdan ölüm riskini artıran ƏSAS SƏBƏB
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Koronavirus epidemiyası dünyanın gündəmində olmağa davam edir. Bu müddətdə hər gün virusla bağlı yeni araşdırmalar və məlumatlar ortaya çıxır.
Milli.Az xəbər verir ki, Moskva Dövlət Universitetinin Yuxu Tibb Mərkəzində aparılan araşdırmanın nəticələrinə görə, yuxusuzluq COVID-19-a yoluxma riskini artırır.
Türkiyəli pulmonoloq, professor Məhəmməd Ağqoyunlu da bildirib ki, yuxusuzluq müdafiə sistemini zəiflətməklə yanaşı, virus infeksiyalarına yoluxma ehtimalını artırır. Eyni zamanda yuxusuzluq koronavirusun daha ağır və ölümcül olmasına səbəb olur. İmmun sisteminə təsir edən ən əhəmiyyətli faktorun yuxu olduğunu ifadə edən professor sözlərinə belə davam edib:
"Əsas mexanizmləri nəzərə alsaq, bu araşdırma tamamilə doğrudur. Çünki yuxu bədənin müdafiə sistemini tənzimləyən ən vacib tarazlıq sistemidir. Yuxu insanın həm ömrünü, həm də ömür boyu fəaliyyətlərini təyin edir. Bu səbəbdən möhkəm yuxu sağlam immunitet üçün ən vacib mexanizmdir.
Yuxusuzluq insanların virusa yoluxma ehtimalını artırır. İkincisi, yuxusuzluq koronavirusun daha şiddətli və ölümcül olmasına səbəb olur. Yoluxma zamanı yuxu nə qədər çox pozulursa, deməli, xəstəlik o qədər şiddətlidir. Ürək-damar xəstəlikləri və xərçəng riski də artmaqdadır. Bu səbəbdən vətəndaşlarımız yuxu rejimini yaxşı tənzimləməlidirlər. Erkən yaşlanma, şəkərli diabet və ürək-damar xəstəliklərinin də təməlində yuxu çatışmazlığı dayanır".
Həkimin sözlərinə görə, yuxu problemlərinin əksəriyyəti həyat tərzindən qaynaqlanır:
"Yuxunu ən yaxşı tənzimləyən şey qaranlıqdır. Qaranlıqda melatonin hormonu ifraz olunur və biz yatırıq. Smartfon işıqları isə hormonun ifraz olunmasına mane olur. Otağınızın kifayət qədər qaranlıq və sərin olmasına baxmayaraq, yata bilmirsinizsə, bu, psixoloji amillərdən asılı ola bilər. Müasir dövrün ən böyük problemlərindən biri işıq çirkliliyidir. İşıq çirkliliyi insanların yatmasına mane olur. Son illərdə geniş istifadə olunan LED tabloları yuxuya getmək üçün böyük problem yaradır". (publika.az)
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?
-
Səssiz irəliləyən xərçəng növü - İlk əlamətləri bunlardır
-
Kifayət qədər yatırsınız, amma yorğun oyanırsınız - Səbəbi budur
-
Çoxlarının etdiyi bu səhvlər ciddi problemlərə yol aça bilər
-
Qışda uşaqları xəstə edən soyuq deyilmiş
-
Uşağı məktəbə nə vaxt göndərmək olmaz?
XƏBƏR LENTİ
-
Bakıətrafı ərazilərdə daşınmaz əmlakın qiyməti arta bilər - (Video)
-
Lamiyyə Ələkbərova bu verilişlə qayıdır
-
27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub - (Foto)
-
Kirayə pulu ödəməmək üçün maşınında yaşayır: Aylıq xərci nə qədərdir? - (Video)
-
Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər - (Foto)
-
“Bakı, göstərdiyin sevgiyə görə təşəkkürlər” - (Video)
-
Kaşif Kozinoğlu işi üzrə saxlanılan həkim evində ölü tapıldı
-
Röya Ayxandan Anım günü ilə bağlı paylaşım - (Video)
-
“Müharibəyə hazırıq, Qiyamət gününədək davam etsə belə...” - Əraqçi
-
Ayxan Abbasov: "Litvaya qarşı yüksək səviyyədə mübarizə apardıq"
-
Ardanın Mbappeyə jesti - (Foto)
-
Niyə daha tez-tez tünd şokolad yeməlisiniz: Beş vacib fayda
-
UEFA Millətlər Liqası: Azərbaycan millisi səfərdə Litva ilə heç-heçə edib - Yenilənib
-
UFC-də ilk döyüşünə çıxan azərbaycanlı idmançı diskvalifikasiya olundu - (Video)
-
Tanınmış fotoqraf və qızı Bakı-Sumqayıt yolunda ağır qəzaya düşüblər
-
Dünyada deputatların ən çox maaş aldığı 10 ölkə
-
İrandan xəbərdarlıq: "Bütün region irimiqyaslı münaqişəyə qərq olacaq"
-
Şəhid tələbəsini bu sözlərlə yad etdi - (Fotolar)
-
“Akasya Durağı”nın aktrisası illər sonra üzə çıxdı - (Fotolar)
-
İdman brendi Benzemadan imtina etdi
-
Türkiyədə 5 yaşlı qız uşağı dişinin müalicəsindən öldü
-
Ağcabədidə qəzada ölən qardaşların Fotosu
-
Serhat Kılıçın vəfatından bir gün əvvəlki söhbəti üzə çıxdı
-
UEFA Millətlər Liqasının qrup mərhələsində II tura start verilir





