Sağlamlıq

Məşhur həkim bu dərmanların fəsadlarından yazdı

13 Yanvar 2021 21:40
Baxış: 1 743
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Amerika Uşaq Xəstəxanasının həkimi Joşua Şaffçin bəzi dərmanları koronavirus xəstəliyində qətiyyən istifadə etməməyi tövsiyə edib.

Milli.Az xəbər verir ki, həkimin sözlərinə görə, Loperamid ilə antidiareal dərmanların istifadəsindən imtina etməyə dəyər, çünki onlar bağırsaqların işini yavaşladır, orqanizmin bakteriyalardan təmizlənməsinə mane olur. Şaffçin su içməyi və təbii prosesə müdaxilə etməməyi məsləhət görüb.

Həkim qeyd edib ki, dekonjestanlar, xüsusən də inhalatorlardan istifadə edilməməlidir. Çünki bunlar astma olmadığı təqdirdə bədənə kömək etməkdənsə zərər verə bilər. Tərkibində fenilefrin olan hər hansı dərman da ürək üçün zərərlidir.

"Bu dərmanlar burundakı kiçik qan damarlarını bağlayır ki, bu da qan axınını azaldır", - Şaffçin məqaləsində qeyd edib. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.