Sağlamlıq

Koronavirusdan sağalandan sonra yeni sindrom başlaya bilər

20 Dekabr 2020 23:39
Baxış: 1 632
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bəzi insanlarda koronavirusdan sağalandan sonra post-kovid sindromu özünü biruzə verə bilər.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə immunoloq Nikolay Kryuçkov deyib.

Həkimin sözlərinə görə, ABŞ-dan alınan məlumatlara əsasən sindrom gənclər də daxil olmaqla COVID-19 xəstələrinin 20 %-də özünü göstərir.

Mütəxəssis bildirib ki, sindromda ən çox halsızlıq, zəif konsentrasiya, yuxu və yaddaş pozğunluqları, depressiya və əhval dəyişikliyi halları müşahidə olunur. 

"Əlavə olaraq ürək fəaliyyətinin pozulması var... Ağciyərlərin ciddi zədələnməsi ilə tənəffüs çatışmazlığı, sinə,qarın ağrısı və həzm pozğunluğu davam edə bilər. Ümumi əzələ və baş ağrıları da ola bilər", - deyə Kryuçkov əlavə edib.

Həkim post-kovid sindromunun subxronik və ya xroniki sağlamlıq problemlərinə səbəb ola biləcəyi barədə xəbərdarlıq edib. Onun sözlərinə görə, sindromlar ayrıca müalicə olunmalıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.