Sağlamlıq

Koronavirusdan sağalanlar işə qayıtmağa tələsməməlidir - PULMONOLOQ

16 Noyabr 2020 22:49
Baxış: 1 126
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Koronavirusu orta və orta ağır keçirənlər 21 gün xəstəlik dövrünü geridə qoyub, sağaldığını güman edərək, işə qayıtmağa tələsməməlidir.

Milli.Az xəbər verir ki, koronavirusu keçirənlər cəmiyyətdə virusu yaymaqda birinci yerdə dayanan ən təhlükəli qrupdur.

Bunu Rusiyalı pulmonoloq Aleksandr Karabinenko bildirib.

Koronavirusdan sağalanlar arxayınlıqla taksidə, işdə maska taxmır, daha keçirmişəm düşünüb qorunmur və ətraf üçün də təhlükəsiz olduğunu güman edir.

Həkim bildirib ki, virus virus zərrəcikləri tənəffüs yollarında hələ bir müddət qalır və sağalmış xəstələr yoluxdurucu ola bilər.

Bunlar daha çox uşaqlar, yeniyetmələr, gənclərdir. Məhz onlar yaşlı insanlarıın ağır formada xəstələnməsinə səbəbkardır. İstər sağlam, istər artıq sağalmış insanlar harda olsalar da maska taxmağa davam etməli, sağalanlar işə 21 gün sonra yox, ən azı 40 gün sonra çıxmalıdırlar. /medicina.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.