Sağlamlıq

Koronavirus neçə il sonra ölümcül olmayacaq?

4 Noyabr 2020 23:05
Baxış: 1 391
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Koronavirus insanlar üçün bir neçə il sonra ölümcül olmayacaq.

Milli.Az xəbər verir ki, bu barədə Qamaleya İnstitutunun tədqiqatçısı, tibb elmləri doktoru, virusoloq Anatoli Altşteyn bildirib.

"COVID-19 kimi viruslar üçün azalan patogenlik istiqamətində dəyişiklik xarakterikdir. Təxminən bir, iki və ya üç il ərzində virus o qədər az riskə sahib olacaq ki, ölüm halları demək olar ki, olmayacaq", - ekspert qeyd edib.

Sözlərini qüvvətləndirmək üçün alim statistikaya müraciət edib. Onun sözlərinə görə, dünyada yay göstəriciləri ilə müqayisədə ölüm nisbətində kəskin azalma nəzərə çarpır. Virusoloq ölənlərin sayının 3-4 dəfə az olduğunu vurğulayıb.

Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus koronavirus infeksiyasının uzunmüddətli nəticələri barədə xəbərdarlıq edib. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.