Yağışda islanan maska virusdan qoruma xüsusiyyətini itirə bilərmi? - Professordan CAVAB
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Qış dövrünün gəlməsi ilə maska taxılmasına görə, bəzi suallar da gündəm olmağa başlayır. Yağışlı, qarlı havalarda nəmlənən tibbi maskaların virusdan qoruyub qorumayacağı da bunlardan biridir.
Milli.Az lent.az-a istinadən məlumat verir ki, Hacettepe Universiteti Tibb Fakültəsi Uşaq Yoluxucu Xəstəliklər şöbəsinin müdiri Professor Mehmet Ceyhan bu barədə önəmli açıqlamalar verib:
- "Maskalar müəyyən mikroskopik deşikləri olan bir quruluşdur. Maska islanırsa, bu mikroskopik deşiklər böyüyür, bəzi yerlərdə iplər bir-birinə yapışır" .

Nəfəs aldığımız zaman maskanın nəmləndiyini deyən professor Mehmet Ceyhan bunları da deyib:
"Yağış və ya nəm səbəbiylə maskalar xaricdən islanırsa, öz xüsusiyyətlərini itirirlər. Ancaq bu hal parçadan hazırlanan maskalarda meydana gəlsə, qurudulub yenidən istifadə edilə bilər. Lakin cərrahi maskalardan istifadə edilməməlidir ".

Professor qeyd edib ki, maskalar, müəyyən mikroskopik deşikləri olan quruluşlardır. Maska islanırsa, bu mikroskopik dəliklər böyüyür və bu da damcıların oradan girməsinə imkan yaradır:
"Hər halda, bu maskalar virusun keçiriciliyini azaldacaq və daxil olmasının qarşısını alacaq bir quruluşda deyil. Çünki viruslar bu dəliklərdən qat-qat kiçikdir. Ancaq virus ağızdan tək hava ilə deyil, damcı şəklində çıxdığından bu maskalar damcıları tuta bilər. Yağışdan islandıqda isə bu xüsusiyyətini itirir. Buna görə də maskanı islatmamağa çalışmaq lazımdır".

Standart cərrahi maskaların maksimum istifadə müddətinin 4 saat olduğunu qeyd edən Mehmet Ceyhan bunları da söyləyib:
"Əgər insan maskanı islatmadan düzgün saxlaya bilirsə, məsələn əllə toxunmayacaq bir yerə və ya plastik bir torbaya qoyarsa, 4 saat daha istifadə edə bilər. Səhər geyindiyiniz maska islanmadığı müddətdə, axşama qədər insanı idarə edə bilər, amma ertəsi gün bu maskalardan istifadə etməməlisiniz. Parçadan maskaları da yuyub sonra qurudub bu şəkildə istifadə edə bilərsiniz. Bizim həkimlərin istifadə etdiyi N-95 maskaları da var. Bu maskaları axşam ultrabənövşəyi şüalar altında saxlayaraq 5 günə qədər istifadə edə bilərik. Ancaq vətəndaşların belə bir fürsəti olmadığından uzun müddət istifadə edə bilməzlər. İnsanların normal istifadə etdiyi maskaların 1 günlük olduğunu unutmamalıdırlar" .

Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin
-
“Niyə toyuq əti mağazaları bürüyüb, xoruz isə satılmır” – Mütəxəssisdən şok iddia - (Video)
-
Bu insanlar hər gün mütləq qəhvə içməlidirlər
-
Sürücülərin diqqətinə: Pəncərəsi açıq maşın sürmək...
-
Stress zamanı bunları edin - Özünüzü daha yaxşı hiss edəcəksiniz
-
Suşi sevənlərə pis xəbər: Şok edən nəticələr
XƏBƏR LENTİ
-
6 dəqiqə ölü qaldı, sonra Tanrıya inandı
-
Zöhrab Zeynallı vəfat edib - (Foto)
-
“Bu, sənin anşlaqındır...” – Bakıda səhnə ustası, Xalq artisti Aleksandr Şarovski ilə vida mərasimi keçirilib - (Foto)
-
“Canəli Əkbərovla Səməd Səmədovu efirə buraxmırdılar” - Əli Mirəliyev
-
Holand yayda "Real" əvəzinə "Barselona"ya keçə bilər
-
Gömrükdən keçirilən malların və avtomobillərin bəyan edilməsi qaydaları dəyişdirilib
-
Dünyanın ən quraq səhrasında nadir hadisə - Hər yer çiçəklədi
-
Oruc Qasımov vəfat etdi - (Foto)
-
Netanyahu təkzib etdi, “Haaretz”i məhkəməyə verir
-
“Bu hadisə milyonda bir belə olmur, şokdayıq” - “Şəki yaylası”nın direktoru
-
İlon Maskla bağlı sensasion iddialar: “Vətəndaş müharibəsinə qədər...”
-
Zubir “Qarabağ”a qayıdır? – Rəsmi
-
Ana qolları olmadığı üçün körpəsindən imtina etdi
-
“Yaşıl Teatr” və Bakı Şəhər Bələdiyyə Teatrı Mədəniyyət Nazirliyinin tabeliyinə verilib
-
Neftin qiymətinin 200 dollara yüksəlməsi mümkündür
-
Zərdabda 5 nəfərin öldüyü hadisənin təfərrüatı - (Foto)
-
İranda dollar yenə bahalaşdı
-
“Qız qalası” yenidən səhnəyə qayıdır! - (Foto)
-
"Bir oyun idi oynadıq, bitdi getdi" - Nigar Tofiqqızının nişanı qayıtdı
-
İsmayıllıda baş vermiş zəhərlənmə hadisəsinin səbəbi açıqlandı
-
Messi bu ispan klubunu alır
-
Suriyada silah-sursat anbarı partladı: Ölən və yaralananlar var
-
Özəl bağçalara uşaqların qeydiyyatı başlayır
-
Kirill Budanov Rusiyada qiyabi həbs edildi





