Sağlamlıq

Alimlər istiotun koronavirusa təsirini kəşf etdi

19 Oktyabr 2020 22:44
Baxış: 1 647
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qara istiotda koronavirusun fəaliyyətinə maneə törədən maddə var.

Milli.Az xəbər verir ki, Hindistan Texnologiya İnstitutunun alimləri bu qənaətə gəlib. Tədqiqatın nəticəsi "Taylor & Francis Online" elmi saytında dərc edilib. Mütəxəssislər istiotun və insan orqanizminə nüfuz etməsindən məsul olan SARS CoV-2-nin iki hissəsinin qarşılıqlı təsirini modelləşdirib. Araşdırma nəticəsində infeksiyanın aktivliyinin yatırıldığı ortaya çıxıb.

Qara istiotda olan piperin ədviyyatın kəskinliyindən və ətrindən məsuldur. Onun miqdarı müxtəlif ədviyyat növlərində fərqlənir. Şri-Lankadan gələn istiotun tərkibində 15 % piperin var, Vyetnam, Hindistan və Malayziya istiotunda isə 2-7 faiz təşkil edir. Bundan əlavə, bu birləşmənin qeyri-sabit olduğu qeyd olunur, odur ki, üyüdülmüş istiotda kifayət qədər olmaya bilər.

Lobaçevski Universitetinin Biologiya və Biotibb İnstitutunun direktoru Mariya Vedunovanın sözlərinə görə, qara və qırmızı istiot antibakterial və immunostimulyasiya xüsusiyyətlərinə malik heterogen komponentlərin sayına görə rekordçulardan biridir. Ədviyyat iltihab reaksiyalarını "boğaraq" elementləri və vitaminləri daha yaxşı mənimsəməyə kömək edir.

"İstiotun xüsusiyyətləri bir çox cəhətdən tərkibindəki birləşmələrin viral hissəciklər və bakteriyalarla birbaşa qarşılıqlı əlaqəsi ilə deyil, bədənin qoruyucu xüsusiyyətlərinin stimullaşdırılması ilə əlaqələndirilir", - mütəxəssis "İzvestiya"ya açıqlamasında bildirib.

Vedunova mədə-bağırsaq xəstəlikləri, hipertoniya və əlbəttə ki, allergiyası olanlara istiotla ehtiyatlı davranmağı tövsiyə edib. Həm də ədviyyat beş yaşdan kiçik uşaqlara məsləhət görülmür. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.