Bir sıra ekspertlər bu dərmanların tərkibində narkotikin olduğunu bildirsələr də, bəzi həkimlər bunu təkzib edirlər.
Elmi Tədqiqat Kardiologiya İnstitutunun direktoru Adil Baxşəliyev isə Trend-ə müsahibəsində bu dərmanlardan istifadə ilə bağlı narahatlıqları əsaslı hesab etdiyini deyib.
O bildirib ki, əsəb sakitləşdirici, antidepressant dərmanların hamısının tərkibində narkotik var. Baxşəliyevin sözlərinə görə, əsəb sakitləşdirici, yuxugətirici, neyroleptiklər, antidepressantlar daha ciddi kimyəvi dərmanlardır. Bu dərmanlar müəyyən mənada insanlara narkotik təsiri göstərir, onlar insanlarda tez bir zamanda asılılıq yaradırlar.
"Əsəb sakitləşdirici, antidepressant dərmanların hamısının tərkibində cüzi narkotik var. Onların istifadəsi zamanı insanlarda narkotik effektləri əmələ gələ bilər. Buna görə də bu dərmanlardan qorxmaq lazımdır. Narkomanlar da həmin dərmanların 5-7 ədədini birdən qəbul edəndə narkotik effekti yaranır", - o deyib.
Bununla əlaqədar Adil Baxşəliyev "tazepam", "fenozepan", "nozepan", "amitryptiline" və s. kimi əsəb sakitləşdirici dərmanların, eləcə də antidepressant dərmanların apteklərdə yalnız resept əsasında satılmasını və onların satışına ciddi nəzarətin olmasını vacib sayır.
"İndi dəbdədir, insanlar çox tez-tez "depressiyadayam" deyirlər. İndi apteklərdə də çoxsaylı antidepressantlar var. Bunlar Azərbaycana xarici ölkələrdən gətirilir. Onların satışı resept əsasında olmalıdır. Çünki onların tərkibində narkotik var", - Baxşəliyev bildirib.
O əlavə edib ki, tərkibində narkotik maddə kiçik dozada olan dərmanı 1-2 dəfə qəbul edəndə insan orqanizmə təsir göstərmir. Amma bu dərmanları dozadan artıq içəndə onun narkotik effekti yaranır. Bunu nəzərə alan narkomanlar narkotik effekti almaq üçün bu dərmanlardan istifadə edirlər.
Apteklərdə zərərsiz dərman kimi alıcılara təklif edilən bitki mənşəli sakitləşdirici dərmanlara gəldikdə, baş kardioloq deyib ki, ümumiyyətlə, ziyansız dərman yoxdur. Hər bir dərman uzun müddət, fasiləsiz qəbul olunarsa, o, insan orqanizminə mənfi təsir göstərir.
"Sakitləşdirici, yuxugətirici, antidepressant dərmanlar qaraciyərin fəaliyyətini pozur. Onlar hətta qaraciyər serrozuna gətirib çıxara bilər, onlardan asılılıq tez bir zamanda baş verir", - Baxşəliyev qeyd edib.
Azərbaycan Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzin təşkilati metodoki işlər üzrə direktor müavini Aytən Səmədova isə əsəb sakitləşdirici dərmanların tərkibinə narkotik analgetiklərin qarışdırılması barədə söylənilən fikirlərlə razılaşmır. O, Trend-ə müsahibəsində deyib ki, heç bir əsəb sakitləşdirici dərmanın tərkibində narkotik maddə yoxdur.
Onun sözlərinə görə, əsəb sakitləşdirici dərmanların tərkibinə orqanizmə mənfi təsir göstərən maddələr daxil edilmir. Bu dərmanların tərkibinə yalnız psixotrop maddələr əlavə edilir. Amma həmin maddələr əsəb sakitləşdirici dərmanların tərkibinə cüzi miqdarda daxil edildiyi üçün onların insan səhhətinə heç bir mənfi təsiri ola bilməz.
Səmədova deyib ki, psixotrop maddələr insana sakitləşdirici təsir göstərir. Bu dərmanlar müxtəlif xəstəliklərin müalicəsində istifadə edilir.
Əsəb sakitləşdirici dərmanların insanlara yuxu gətirə bilməsini mümkün sayan həkim bunu mənfi hal kimi qəbul etməyib. O hesab edir ki, əsəb sakitləşdirici dərmanları uzun müddət istifadə etdikdə onun fəsadı ola bilər.
"Əsəb sakitləşdirici dərmanlar həkimin göstərişi ilə kursla qəbul olunmalıdır. Dərmanlar bir kursluq müalicə üçün təyin edilirsə, gərək insanlar tərəfindən yalnız həmin müddətdə qəbul olunsun. Hər bir xəstəliklə bağlı bu dərmanların qəbulu üçün təyin edilən müddət müxtəlifdir. Lazım olanda, bu dərmanlar 1 ay, lazım olanda 15 gün qəbul oluna bilər", - Səmədova əlavə edib.
O qeyd edib ki, hər bir xəstəlik üçün tövsiyə edilən əsəb sakitləşdirici dərmanlar müxtəlifdir. Tərkibindən asılı olaraq, sakitləşdirici dərmanları həkimlər kiçik yaşlı uşaqlara, hətta yenidoğulanlara da məsləhət görürlər.
Mərkəzin direktor müavininin fikrincə, belə dərmanların apteklərdən reseptsiz alınması düzgün deyil. İstənilən bir şəxs bunun üçün ilk növbədə həkimə müraciət etməli, dərmanı onun təyinatı əsasında qəbul etməlidir.
Milli.Az
Sağlamlıq
VTB-də yüksək depozit faizleri daha çox qazandırır
Əsəb sakitləşdirici və depressiya əleyhinə dərmanlar insanlarda narkotik effekti yaradır
26 Dekabr 2011 12:25
2 Şərh
Baxış: 123 509

DİGƏR XƏBƏRLƏR
-
Solaxaylar üçün yeni xəbərdarlıq: Böyük risk var
-
İmmuniteti payıza necə hazırlamaq olar?
-
Soyuducunun qapısında hansı məhsullar saxlana bilər? - Mütəxəssislər izah edir
-
İsti havada çılpaq yatmaq yuxunu poza bilər
-
Suyun təkrar qaynadılması ilə bağlı risklərə dair xəbərdarlıq
-
Yoğun bağırsaq xərçənginə qarşı gündəlik qoruyucu: Gündə 5 qoz
XƏBƏR LENTİ
-
Azərbaycanda partlayış - 3 nəfər ağır yaralandı - YENİLƏNİB - VİDEO
-
Evlilik böhranı iddiasının acığına Burakın bu addımı gündəm oldu - YENİLƏNİB - FOTO
-
48 yaşlı Şakiranın bu görüntüləri sevənlərini üzdü - xeyli qocalıb - FOTO
-
Ağdərədə başlayan yanğın Ağdama yayıldı - VİDEO
-
Bu yolda sürət həddi endirildi
-
Zərərçəkmiş şəxslər məhkəmədə ifadə veriblər - FOTO
-
İlham Əliyev və Mehriban Əliyevanın Kəlbəcər sakinləri ilə səmimi söhbəti - FOTO
-
FHN-də təyinat: Çevik Xilasetmə İdarəsinə yeni rəis təyin edildi - FOTO
-
"WhatsApp"dan daha bir yenilik
-
“Azərbaycanla gediş-gəlişi sadələşdirməyə hazırıq” - Paşinyan
-
Qalatasarayda daha bir ayrılıq - FOTO
-
Hadisənin paylaşımındakı bu detal dindarları ayağa qaldırdı - FOTO
-
Norveçdən İsrail oyunu öncəsi təqdirəlayiq addım
-
Suğra Bağırzadə uzun müddət sonra - xeyli dəyişib - FOTO
-
Qəbul nəticələri bu tarixdə bilinəcək - RƏSMİ
-
"Tarqovu"da gənc qız elə hərəkətlər etdi ki... - VİDEO
-
Elm və təhsil işçilərinə 19 minə yaxın yollayış verilib
-
MN-in sabiq rəisi 6 milyonluq mənimsəmədə ittiham olunur
-
67 yaşlı kişi su anbarında batdı
-
SAXAL Qəzzada quru əməliyyatına başladı
-
Turab Əmirova yüksək vəzifə verildi - FOTO
-
Kamçatkada güclü zəlzələ oldu
-
“Ezel”in “Ramiz dayı”sı SAXLANILDI - FOTO
-
Xaçmazda 21 yaşlı qız 6-cı mərtəbədən yıxıldı