Sağlamlıq

Dezinfeksiyaedici məhsulla bağlı xəbərdarlıq: Dəri xəstəliklərinə səbəb olur

22 Avqust 2020 17:36
Baxış: 1 135
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Əllərin tez-tez və uzun müddət yuyulması dərinin yağ təbəqəsinin azalması və qurumasını sürətləndirir. Dezinfeksiyaedici məhlulla əllər təmizləndikdən sonra uzun müddət su ilə yuyulmursa, bu, ciddi dəri problemlərinə yox açır.

Milli.Az Teleqraf.com-a istinadən bildirir ki, dezinfeksiyaedici məhsulların tərkibində spirt, su və mikroblar üzərində təsir göstərən kimyəvi maddələr var. Əksər dezinfektantların içində nəmləndirici əlavələr olsa da, tərkibindəki spirt və kimyəvi maddələr səbəbindən uzun müddət saxlanıldıqda dərinin quruması və sonrakı dəri problemlərinə səbəb ola bilər.

Əllərin həddən artıq yuyulması və dezinfeksiyaedicidən istifadə çatlar və ekzema kimi dəri problemlərinə səbəb olur.

Dezinfeksiyaedici məhsuldan istifadədən sonra ilk fürsətdə əlləri yumaq lazımdır. Yuyucu vasitələrin istifadəsindən sonra nəmləndirici istifadəsi tövsiyə olunur. Bu, bəzi yuyucu vasitələrin zərərli təsirlərini aradan qaldırır. Yalnız ehtiyac olduğu təqdirdə əllər yuyulmalı və dezinfeksiya edilməlidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.