Ölkə

Masaj salonu, yoxsa priton? - Bütün günü canlı açırlar - VİDEO

13 Oktyabr 2025 11:20
Baxış: 1 146
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Son günlər Bakıda "masaj salonu" adı altında fəaliyyət göstərən obyektlər bir xeyli aktivləşiblər.

Milli.Az xəbər verir ki, əvvəllər bu tip yerlər gizli fəaliyyət göstərirdilərsə, inid açıq -aşkar sosial şəbəkələrdə fəaliyyətə keçiblər.

Demək olarki, əksəriyyətinin iş prinsipi eynidir. Sosial şəbəkələrdə müntəzəm olaraq canlı yayımlar açılır. Üzünü gizlədən qadın əməkdaşları tərəfindən saatlarla yayım aparılır və mütşəri cəlb edilir. 

İşin maraqlı tərəfi odur ki, canlı yayımlarda yalnız obyektin ünvanı və əlaqə nömrəsi deyilir və digər məsələlər qaranlıq saxlanılır. 

Bəzi izləyicilər sözügedən obyektlərin yalnız masaj xidməti göstərmədiklərini eyni zamanda əlavə ödəniş qarşılığında intim xidmət də təklif etdiklərini bildirirlər.

Onu da xüsusi vurğulamaq lazımdır ki, həmin canlı yayımları yüzlərlə insan izləyir, bu da öz növbəsində cəmiyyətin mənəvi dəyərlərinə növbəti zərbədir. Həmin yayımlarda azyaşlıları belə görmək mümkündür.

Mehman Əsədov
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.