Sağlamlıq

Alim açıqladı - İmmunitet koronavirus üzərində nə qədər təsirli olur?

31 İyul 2020 21:40
Baxış: 924
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

COVİD-19-dan qurtulduqdan sonra yaranmış antikorlar əbədi olaraq bədəndə qalmayacaq.

Milli.Az xəbər verir ki, bu barədə "Vektor" mərkəzindəki laboratoriya müdiri İlnaz İmatdinov danışıb.

"İnsanlar yüngül formada xəstələnəndə onların antikor titeri bir neçə ay qalır, bundan sonra yox olur" , - o, Rusiya 24 telekanalına verdiyi müsahibəsində bildirib.

Bu baxımdan laboratoriya müdiri bəşəriyyətin yeni koronavirusa qarşı kütləvi immunitet inkişaf etdirməsi və yaxın zamanda peyvənd edilməsinə ehtiyac qalmayacağı fikri ilə razılaşmır.

"Həqiqətən belə olsaydı, yaxşı olardı. Təəssüf ki, hazırda epidemioloji tədqiqatlar əks vəziyyətin olduğunu göstərir", - alim qeyd edib. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.