Alimlər yağlı yeməklərin beyinə təsirini sübut etdi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Karantin günlərində bir çox insan stressi müxtəlif dərəcəli kalorili qidalarla atmağa çalışırdı. Lakin alimlər xəbərdarlıq edib ki, bu, karantindən sonra təkcə çəkimizə deyil, zehni qabiliyyətimizə də təsir edəcək. Çünki sadəcə yağlı yemək belə beyin fəaliyyətini zəiflədə bilir.
Milli.Az xəbər verir ki, bunu Ohayo Universitetində (ABŞ) aparılan tədqiqatlar göstərib. Araşdırmada iştirak edən 51 qadın səhər laboratoriyada xüsusi 10 dəqiqəlik kompüter performans testindən keçib. Xanımların müəyyən işlərə konsentrasiyası və reaksiya müddəti ölçülüb. Təcrübədən sonra iştirakçılar çox yağlı qidalar yeyib. Naharda un məhsulları, yumurta, peçenye, kolbasa, sous, kərə yağı və s. olub. Yeməklər 930 kalori ehtiva edib. Beş saat sonra qadınlar yenidən performans testindən keçib.
Bir neçə həftədən sonra iştirakçılar laboratoriyaya qayıdıb. Eyni testlərdən keçib və nahar edib. Yalnız bu dəfə onlar doymamış yağlara üstünlük verib (əsasən zeytun yağı, cücərmiş buğda, avokado yağı və s.). İştirakçılara təklif olunan testlər böyük uğurla həll edilib. Beləliklə, araşdırma göstərib ki, çox miqdarda doymuş yağ qəbulu qadınlarda konsentrasiyanı orta hesabla 11 faiz azaldır.
Yeri gəlmişkən, araşdırma səhvini azaltmaq üçün təcrübədən əvvəl qadınlar gündə üç dəfə eyni yeməyi yeyib və laboratoriyaya getməzdən 12 saat əvvəl heç nə qəbul etməyib. Statistik təhlildə əqli funksiyaya digər potensial təsirlər, o cümlədən depressiv simptomlar və iştirakçıların pəhrizindəki doymuş yağların orta qəbulu nəzərə alınıb. Ancaq eyni zamanda, tədqiqatçılar diqqətin 11 faiz azalmasını çox əhəmiyyətli göstərici hesab edib.
Stress və depressiya kütləşməni sürətləndirir
Təsir bir eksperimentdən sonra müşahidə edilib. Alimlər əmindir ki, tez-tez yağlı yeməklər yeyirsinizsə, diqqət pozğunluğu intensivləşə bilər. Onlar təcrübənin nəticələrinin təsadüf olmadığını vurğulayıb.
"Digər araşdırmalardan bilirik ki, depressiya və narahatlıq konsentrasiyaya, eyni zamanda diqqətə mane ola bilər. Buraya yüksək yağlı qidaları əlavə etdikdə real effektin daha da artacağını demək olar", - deyə tədqiqatın aparıcı müəllifi Annelies Madison bildirib. (publika.az)
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Bakıda iti binadan atan şəxs həbs edildi
-
Tofiq Əliyev Böyük Britaniyada iki qızıl medal qazanıb - (Foto)
-
Rusiya Xarkovu vurdu
-
Polis yük maşınını saxladı, içərisindən qadın meyitləri çıxdı
-
Zehra Güneş: "Neymar yazdı ki, sevgilim yoxdur, türk yeməklərini sevirəm”
-
Millət Vəkili Sevil Mikayılova IPU-nun 153-cü Assambleyasında məruzə ilə çıxış edib - (Foto)
-
Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyir
-
Əməkdar artistin oğlunun ifası gündəm oldu - (Video)
-
Bakıda kanat yolları harada qurula bilər? - Ekspertlər açıqladı
-
Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi qaydası dəyişdirilib
-
Bakıda avtobus aşdı - (Video)
-
Astma, bronxit, pnevmoniya: Fərqləri nələrdir?
-
Milli İncəsənət Muzeyində Əli bəy Hüseynzadənin həyat vəyaradıcılığına həsr olunmuş xüsusi proqram keçirilib - (Foto)
-
Rusiyada taun xəstəliyi yayılır? - Xəstəxanalar karantinə bağlandı
-
Magistraturaya qəbul olan bu tələbələr pulsuz təhsil alacaqlar
-
Məşhur türk vokal təlimçisi azərbaycanlı ifaçıları heyranlıqla paylaşdı - (Video)
-
Rusiyada təyyarə qəzası: 8 zabit həlak oldu
-
Şəhidimizin adını daşıyan gəmi dronla vuruldu
-
Gəlin bəyin ayağına basmaq əvəzinə görün nə etdi - (Video)
-
Türkiyəli məşhur aktyor vəfat etdi - (Foto)
-
Bakı ətrafında ən ucuz torpaqlar haradadır? - Qiymətlər
-
144,9 ha ərazi minalardan təmizlənib
-
Nazirdən şad xəbər: Onlara 20 min manatadək pul verilə bilər
-
Bakıda arvadını pul vermədiyi üçün tava ilə döydü





